“Naxçıvandakı qohumlarım təşvişə düşüb, valideynlərim deyir ki, şəhərə necə gedəcəyik?” - FOTO+ÖZƏL
Ekskluziv
635
16:20, Bu gün

“Naxçıvandakı qohumlarım təşvişə düşüb, valideynlərim deyir ki, şəhərə necə gedəcəyik?” - FOTO+ÖZƏL

“İranın Naxçıvanı dronla vurması xəbərini eşidən kimi həyəcanlandım. Çünki biz müharibəni yenicə bitirmişik. 44 günlük müharibə və ondan əvvəlki illərdə yaşadığımız müharibələr bizə yetərlidir. Bütün bunlara baxmayaraq təşvişə düşdüm. Bilirsiniz ki, mən Naxçıvanın Ordubad şəhərindənəm. Valideynlərim hələ ki, Bakıdadırlar. Amma bilet alıblar, Novruz bayramına kimi gedəcəklər. Bayramı həmişə Ordubadda keçirirlər. Burada çox həyəcanlandılar ki, necə və nə vaxt gedəcəyik? Onları sakitləşdirdim ki, narahat olmayın, hər şey düzələr”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova bildirib.

O daha sonra əlavə edib:

“Bizim Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev hər zaman dünyəvi siyasəti ilə seçilib. O fikirlərini doğru-düzgün şəkildə ifadə edir və bütün bu başverənlərə layiqli cavabı da məhz ondan gözləyirik. Düşünürəm ki, bu da bitəcək, ciddi bir şeylər olmayacaq, hər şey öz yerini tutacaq. Hər zaman vətənimi azad, abad, firavan görmək istəyirəm və bunu arzulayıram. Siz də sağ olun ki, narahat olub mənimlə əlaqə saxlamısız. Mən də Naxçıvan şəhərində yaşayan qohumlarımla əlaqə saxlayıb danışmışam. Təbii ki, onlar da təşviş içindədirlər. Düşünürəm ki, belə bir qorxu, gərginlik yaşamağa ehtiyac yoxdur. Hər şeyi zamana buraxaq. Hər kəs öz layiqli cəzasını alacaq” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər