“Naxçıvana dron atışlarıyla bizi də İran oyununa qatmaq istəyirlər...”- “Nəticədə biz ruslara yalvaraq ki...”
Ekskluziv
2897
14:24, Bu gün

“Naxçıvana dron atışlarıyla bizi də İran oyununa qatmaq istəyirlər...”- “Nəticədə biz ruslara yalvaraq ki...”

“Son günlər Omana raket zərbəsi vuran heç də İran olmayıb...”
 
“Əlbəttə ki, İran tərəfindən Naxçıvana dron təcavüzü Azərbaycana qarşı ən böyük təxribatdır. Amma o da var ki, at izinin it izinə qarışdığı indiki qarışıq durumda bu təxribatı İran yox, başqa ölkə də törədə bilər. Çünki ABŞ və İsrailin İrana hücumu nəticəsində regionda əsil mənada xaos yaranıb. Və kimlərsə həmin xaosu Cənubi Qafqaza, o cümlədən Azərbaycanda da daşımaq istəyir.” 
 
Bunu Moderator.az-a açıqlamasında bu gün Naxçıvana rəsmi məlumata görə, İran tərəfindən bir neçə dron atılmasıyla bağlı mülahizələrini bildirərkən siyasi analitik Tahir Cəfərli söyləyib.
 
“Diqqətlə xarici KİV-i oxusanız, görərsiniz ki, son günlər Omana raket zərbəsi vuran heç də İran olmayıb. Belə nəticəyə gəlirəm ki, Naxçıvana dron atışlarıyla bizi də İran oyununa qatmaq istəyirlər... Yəni nəticədə biz ruslara yalvaraq ki, 1998-ci il Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq sazişi, eləcə də 2022-ci il strateji müttəfiqlik sazişi əsasında Moskva burnunu Azərbaycana soxsun”, - deyə davamında Tahir Cəfərli diqqətə çatdırıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər