Ekskluziv
225
09:09, Bu gün

"İraq kürd qrupları sərhədi keçməyib..."-Dezinformasiyadır...-Urmiyalı araşdırmaçı

"Hələlik İraqdakı kürd qruplaşmaları tərəfindən İrana bir hücum olmayıbdı. Anlaşılan odur ki, bütün kürd partiyaları Ərbildə toplaşıblar və Avropadakı kürd təşkilatlarından da nümayəndələr oraya gedibdir. Hətta  iranlıların “Xalq mücahidləri” təşkilatı da oradadır. Əgər İranın hazırkı hökumətinin yıxılmadığını görsələr, ABŞ və İsrail həmin qruplaşmalardan istifadə edəcək və onlara İraq-İran sərhədini keçmək əmri veriləcək. “Xalq mücahidləri” qrupunun da onlarla bərabər İrana girmək ehtimalı var".

Bunu Moderator.az-a açıqlamasında İraq Kürdüstanındakı kürd terrorçularının guya İranla sərhədi  keçərək Urmiya ərazisinə doğru mövqelər tutmasıyla bağlı xəbərlərə münasibət bildirən Güney Azərbaycanlı araşdırmaçı Rıza Talebi söyləyib.

"Amma bir daha deyirəm ki, məndə olan məlumata görə, hələ bu vaxta qədər kürd qrupları İran sərhədini keçməyib. Belə xəbərlər  “Axios” nəşri kimi İsrailə bağlı nəşrlərin qəsdən yaydığı dezinformasiyadır. Kürd peşmərgələr sadəcə İraq Kürdüstanının sərhədini qorumaq üçün oradadırlar. Ancaq bu o demək deyil ki, gələcəkdə kürd qrupları sərhədi keçməyəcək və Urmiyaya, Güney Azərbaycana doğru hərəkət etməyəcək. Daha öncə də sizə demişdim, İranı fərqli bölgələr və etnik, dini qruplar vasitəsilə bir iç savaşına- vətəndaş müharibəsinə aparmağa çalışırlar", -deyə davamında araşdırmaçı diqqətə çatdırıb.

Reza Talebinin açıqlamasıyla daha geniş şəkildə yaxın müddətdə tanış ola bilərsiniz.

Moderator.az-ı izləyin!..

Sultan Laçın  

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər