İran İsrail Müdafiə Nazirliyini və İraqdakı kürd terrorçularının bazalarını vurdu...
Ekskluziv
614
08:18, Bu gün

İran İsrail Müdafiə Nazirliyini və İraqdakı kürd terrorçularının bazalarını vurdu...

 İran İsrail Müdafiə Nazirliyinin qərargahına edilən hücumun genişmiqyaslı dağıntılara səbəb olduğunu bildirib.
 
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, "Pars Today" qəzetinin verdiyi məlumata görə İİKK("SEPAH") həmçinin İraq Kürdüstanındakı kürd qruplaşmalarının qərargahlarına üç raket zərbəsi endirildiyini bildirib.
 
Tehran bundan əlavə, Təl-Əvivə, İordaniyadakı ABŞ hərbi bazasına, İraqda BP-yə məxsus Əl-Ramil neft quyularına hücumlar və Küveyt və Bəhreyndə partlayışlar barədə məlumat verib.
 
Xatırladılır ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir, dağıntılara və insan tələfatına səbəb olur. Buna cavab olaraq İran İsrailə və bölgədəki Amerika hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-ın hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub. 2 martda "Hizbullah" da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücuma başladığını elan edib və Cənubi Livana daxil olub.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər