Keçmiş
Ekskluziv
192
07:00, Bu gün

Keçmiş "vaqner"çilər də Ukrayna tərəfində Putin ordusuna qarşı döyüşməyə başladı...-GÖZLƏNİLMƏZ

Rusiya Könüllü Korpusunun(RKK) komandiri Denis  Kapustin  RKK-da təkcə könüllülərin və keçmiş hərbi əsirlərin deyil, həm də Rsuiyanın keçmiş "Vaqner"  döyüşçülərinin  Rusiyaya qarşı necə vuruşduğunu ətraflı izah edib.
 
Moderator.az xəbər verir ki, Kapustin bu barədə "Suspilno" kanalına müsahibədə  danışıb.
 
Onun sözlərinə görə, keçmiş "Vaqner" hərbçilərinin iki kateqoriyası olduğunu aydınlaşdırmaq vacibdir: Priqojin tərəfindən işə götürülmüş keçmiş əsirlər və Ukraynaya qarşı tammiqyaslı müharibə başlayanda Suriya, Afrika, Liviyada və digər yerlərdə döyüşən muzdlular...
 
"Bunlar bir az fərqli kateqoriyalardır. Məsələn, müharibə başlayanda Suriya və Liviyada olanlar əvvəllər heç vaxt Ukraynada olmamışdılar. Və onlar Rusiyadakı həyatlarını kökündən qoparmaq və bizim üçün vuruşmaq üçün buraya gəlmək kimi cəsarətli qərarı verdilər",- Kapustin belə deyib.
 
Priqojin tərəfindən həbsxanalarda işə götürülmüş və Ukraynada qalan keçmiş məhbuslara gəldikdə isə, onlar daha ətraflı yoxlanışdan keçirlər.
 
"Onların döyüş tarixçəsi daha başa düşüləndir, çünki hansı həbsxana koloniyasından "Vaqner"-ə göndərildikləri, cəzalarını niyə orada çəkdikləri və hərbi xidmətlərini harada keçirdikləri aydındır. Bu amillər, eləcə də onların tutulma şəraiti haqqında daha çox məlumat əldə etməyimizə kömək edir", - deyə Kapustin qeyd edib.
 
O, "Vaqner"dən təcrübə gətirdiklərini və bunun faydalı olduğunu söyləyib.
 
"Düzünü desəm, bu uşaqlar əladırlar. Onlar ləyaqətlə döyüşürlər. Bunun üçün onlara çox təşəkkür edirik. Onlar ordenimizin bir hissəsinə çevriliblər, tam hüquqludurlar", - deyə o qeyd edib.
 
Moderator.az xatırladır ki, hələ 2023-cü ilin avqustunda  RKK rəhbərliyi Ukrayna ərazisində hərbi cinayətlər törətməyən rusiyalı muzdluları Rusiya Könüllülər Korpusunun sıralarına qoşulmağa çağırıblar. Bildirilib kiŞ Ukrayna Silahlı Qüvvələri və Müdafiə Nazirliyi könüllü olaraq Ukrayna tərəfinə keçənlərin təhlükəsizliyinə zəmanət verir və onlara layiqli şərait yaradırlar...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər