Rusiya Rostov üzərində öz helikopterini vurdu...-
Ekskluziv
217
06:46, Bu gün

Rusiya Rostov üzərində öz helikopterini vurdu...-"ASTRA"+VİDEO

Çərşənbə axşamı, 4 mart gecəsi Rostov vilayətində Rusiya hərbi helikopterinin hava hücumundan müdafiə sistemlərinin istifadəsi zamanı məhv edildiyi ehtimal olunur. 
 
Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya "pablik"ləri -ictimai şəbəkələri  və Ukrayna telegram-kanalları məlumat yayıb.
 
"Z-pablik"lərin məlumatına görə, helikopter "dost atəşi" nəticəsində məhv edilib. Rusiya monitorinq kanalları hərbi hissələr arasında koordinasiya çatışmazlığının mümkünlüyünü bildirir və bu da hava hücumundan müdafiə əməliyyatları zamanı təsadüfən vurulmaya səbəb olub.
 
Rusiyanın "Astra" telegram-kanalının məlumatına görə, hadisə Rostov vilayəti üzərindəki hava məkanında, Millerovo hərbi aerodromu yaxınlığında baş verib.
 
Helikopterin növü hələlik dəqiqləşdirilməyib. Həmçinin məlumdur ki, heyət zərbə və sonrakı atəş nəticəsində həlak olub.
 
"Supernova+" telegram-kanalının məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinin hərbi bazasına da hücum edilib.
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər