Sona Əliyeva: “Baş verənlər sübut edir ki, müstəqil siyasət yürütmək mümkündür”
Məlum olduğu kimi, fevralın 28-dən Azərbaycanın cənub qonşusu olan İranda müharibə başlayıb. Hansı ki, şimal qonşumuz olan Rusiya da 5-ci ildir ki, Ukrayna ilə müharibə aparır.
Yerləşdiyimiz coğrafiyada əksər dövlətlərin müharibə və münaqişələrə cəlb olunduğu bir zamanda Azərbaycanın sülh siaysətinə sadiq qalması, öz bitərəfliyini və təhlükəsizliyini qoruyub saxlaması dövlətimizin, Prezidentimizin tarixi uğurlarından biri kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva Azərbaycanı regionun sülh adası kimi xarakterizə edib və bu reallığın Prezident İlham Əliyevin uzaqgörən siysətindən qaynaqlandığını bildirib:
“Hazırda Azərbaycan regionun sülh və sabitlik adasını xatırladır. Şimal qonşumuz Rusiya beş ildir ki, Ukrayna bataqlığından çıxa bilmir. Cənubumuzda İranın durumu göz önündədir. İran dövlətçilik tarixinin ən ağır günlərini yaşayır. Ermənistan və Gürcüstanda da daxili böhran, siyasi hərc-mərclik zaman-zaman baş qaldırır. Amma Azərbaycan cənab prezidentin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində “beş od” arasında sürətli inkişaf yolunda qətiyyətlə addımlayır.

Bu siyasət nəticəsində Azərbaycan daxili konfliktlərdən uzaq, sabit inkişaf yolu tutmuş, xalqın birgə iradəsi ilə idarə olunan güclü bir dövlət strukturu qurub. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan iqtisadi, hərbi və siyasi baxımdan möhkəmlənir, əhalinin rifahı yüksəlir. Dövlətimizin nüfuzu beynəlxalq aləmdə durmadan artır.
Bu gün Azərbaycan sübut edir ki, müstəqil siyasət yürütmək, öz maraqlarına əsaslanan qərarlar qəbul etmək mümkündür. Dünya miqyasında müharibələrin, qarşıdurmaların artdığı bir dövrdə ölkəmiz sabitlik, inkişaf və təhlükəsizlik məkanı kimi fərqlənir. Bu isə bir daha göstərir ki, cənab Prezidentin ağıllı, məqsədyönlü və sistemli siyasəti Azərbaycanı regionun və dünyanın aparıcı ölkələrindən birinə çevirir.
Bu gün Azərbaycan Qərblə münasibətlərində mühüm rol oynayır, eyni zamanda Yaxın Şərqdə, Afrikada və dünyanın müxtəlif bölgələrində fəal diplomatik xətt yürüdür. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində biz bu qələbələri, bu inkişafı yaşayırıq. Bu gün Qarabağ yenidən qurulur, dirçəlir və daha da inkişaf edir. Azərbaycan möhkəmlənir, güclənir və gələcəyə inamla addımlayır”.
Seymur ƏLİYEV