ABŞ-ın keçmiş prezidenti Bill Klinton qanunvericilərə Donald Trampın məhkum edilmiş cinsi cinayətkar milyarder Ceffri Epşteynlə "gözəl anlar" keçirməsi haqda danışıb.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Klinton Nümayəndələr Palatasının Nəzarət Komitəsində ifadə verərkən Trampın Epşteynlə münasibətlərinin pisləşənə qədər davam etdiyini bildirib.
Siyasətçi and içərək ifadə verib ki, Tramp Epşteyn barədə ona 20 ildən çox əvvəl bəhs edib. Bu söhbət 2002 və ya 2003-cü illərdə, Klinton vəzifəsindən ayrıldıqdan sonra və Trampın ABŞ prezidenti seçilməsindən on ildən çox əvvəl qolf turnirində baş verib.
Ağ Evin keçmiş rəhbəri onun Epşteynin təyyarəsində uçduğunu Trampın necə öyrəndiyini bilməyib. Klintona bunu dedikdən sonra o, milyarderlə dostluğunu xatırlayaraq onunla mübahisəsinin səbəbini izah edib.
"Hansısa yolla o (Donald Tramp - red.) mənim Ceffri Epşteynin təyyarəsində uçduğumu öyrənib. O, danışdı ki, 'Bilirsən, biz illərdir birlikdə gözəl vaxt keçirdik, amma sonda daşınmaz əmlak sövdələşməsi ilə bağlı mübahisəmiz oldu'", - Klinton belə deyib.
Tramp iddia edib ki, hazırkı ABŞ prezidentinin Mar-a-Laqo klubunda gənc qadınları işə götürəndə Epşteynlə münasibətləri pisləşib.
Lakin hekayəsinə davam edən Klinton izah edib ki, Trampın açıqlamaları ona Epşteynlə əlaqəli qanunsuz bir şeydə iştirak etdiyinə inanmaq üçün heç bir əsas vermir. Nəşrin qeyd etdiyi kimi, həm Klinton, həm də Tramp Epşteynin fəaliyyətindəncinsi istismara dair heç bir dəlil görmədiklərini iddia edir.
Keçmiş ABŞ prezidenti həmçinin Epşteynin adasına heç vaxt baş çəkmədiyini və milyarderin 1993-2001-ci illər arasında - Klintonun prezident olduğu dövrdə - Ağ Evə ən azı 17 dəfə baş çəkdiyindən xəbərsiz olduğunu iddia edib.
Qeyd etmək lazımdır ki, Trampın özünün adı "Epşteyn sənədləri"ndə çəkilir: "BBC"-nin 2025-ci ilin dekabrında verdiyi məlumata görə, o, Mar-a-Laqoda 14 yaşlı bir qızla tanış olub. İddialara görə, onları Epşteyn özü tanış edib.
Daha əvvəl "CNN" Trampa qarşı ittihamları ehtiva edən sənədlərin "Epşteyn sənədləri"ndən yoxa çıxdığını bildirmişdi.
S.Laçın