Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti Donald Tramp İraq kürd liderləri ilə ABŞ-İsrail müharibəsini və "bundan sonra nə baş verə biləcəyini" müzakirə etmək üçün telefon danışıqları aparıb.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Amerikanın "Axios" nəşri bu barədə söhbətlərlə tanış olan üç mənbəyə əsaslanaraq məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp İraqın iki əsas kürd siyasi qüvvəsinin liderləri - Məsud Bərzani və Baffel Tələbani ilə danışıb. "Axios" mənbələri iddia edir ki, zənglər 1 mart bazar günü - İranda ayətullah rejiminə qarşı müharibənin başlamasından bir gün sonra baş tutub.
Müəlliflər Barak Ravid və Mark Kaputo qeyd edirlər ki, Ağ Evin kürd rəhbərliyi ilə əlaqə saxlamaq marağı kürdlərin İran-İraq sərhədi boyunca əhəmiyyətli dərəcədə mövcudluğundan, mühüm ərazilərə nəzarət etmələrindən və İrandakı kürd azlığı ilə əlaqələrindən qaynaqlanır - bu amil münaqişənin inkişafı ilə bağlı əhəmiyyətli ola bilər.
S.Laçın