İlk 12 saatda ABŞ İran hədəflərinə 900 zərbə endirib...- Savaş 3 həftə davam edə bilər...
Ekskluziv
170
07:27, Bu gün

İlk 12 saatda ABŞ İran hədəflərinə 900 zərbə endirib...- Savaş 3 həftə davam edə bilər...

Əməliyyatın ilk 12 saatı ərzində ABŞ ordusu İran hədəflərinə təxminən 900 zərbə endirib.
 
Moderator.az "NV" kanalına istinadla xəbər verir ki, "Fox News" kanalının müxbiri Cennifer Qriffin bu barədə "X" sosial media platformasında ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək vəzifəli rəsmisinin sözlərinə əsaslanaraq  məlumat yayıb.
 
Onun sözlərinə görə, zərbələr "qurudan, havadan və dənizdən, o cümlədən dronlardan" həyata keçirilib. Eyni zamanda, ABŞ ordusu genişmiqyaslı cavab hücumunu dəf edib.
 
C.Qriffin qeyd edib ki, "bu gün(28.02- S.L.) İran təxminən 300 raket atıb. Onların 2000 uzunmənzilli və 2000 qısamənzilli raketi var. Onlar ötən yaydan bəri arsenallarını yenidən qurublar".
 
İranın Bəhreyndəki ABŞ-ın 5-ci donanmasının qərargahındakı "boş anbara" zərbə endirdiyi bildirilib. Raketlər həmçinin "Ray Dome" radar qurğusuna da dəyib. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi "çoxsaylı artıq sistemlərin olduğunu və bu hadisələrin heç birinin missiyaya təsir etmədiyini" bildirib.
 
Qriffinin sözlərinə görə, ABŞ və tərəfdaşları İranın yüksək dərəcədə zənginləşdirilmiş uranın yerini bilirlər, lakin "ora çatmaq çətindir".
 
Əməliyyatın "bir neçə həftə" davam edəcəyi gözlənilir, lakin ABŞ prezidenti Donald Tramp onu daha tez başa vura bilər.
 
Bir ABŞ rəsmisi həmçinin qeyd edib ki, İranın hələ də bir neçə hava hücumundan müdafiə sistemi qalıb. Onların məhv edilməsi bir neçə gün çəkəcək.
S.Laçın
Link kopyalandı!
Son xəbərlər