“Qızım deyir ki, ölsən heç kim gəlməsin, qapıdan qovacam, sağlığında edərdilər”-FOTO+ÖZƏL
Ekskluziv
117
12:45, Bu gün

“Qızım deyir ki, ölsən heç kim gəlməsin, qapıdan qovacam, sağlığında edərdilər”-FOTO+ÖZƏL

“Vaxtilə bütün sənətkarlar bir olsaydı bu gün belə hallar yaşanmazdı. Təəssüf ki, indi sənətkarlar yumruq kimi birləşməkdən qaçırlar. Ara oxuyanları bundan əvvəllər ən sonda efirə çıxardılar. Mən Bakı kəndlərində çox toylarda olmuşam. Biz muğam ifaçıları oxuyurduq, meyxanaçılar kənardan izləyirdilər. Toyda muğam oxunanda meyxanaçılar cürət edib toyxanaya girmirdilər. Biz çıxandan sonra üzr istəyə-istəyə gəlib içəri daxil olurdular. Gör efirləri nə günə qoydular?! Mən də bir sənətkar kimi bu baş verənlərə çox pis oldum. Vaxtında nəzarət olunmalı idi. Bundan əvvəl sənətkara hamıdan birinci yer verilirdi, indi sənətkarı yada salan var ki? Sizin kimi bir-iki jurnalist var ki, məni yada salır”

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, əməkdar artist Elza Qaybalıyeva deyib. O daha sonra əlavə edib:


“Sonuncu dəfə sizin saytda haqqımda yazı yayımlanandan sonra Baku tv gəlib məndən müsahibə aldı. Sonra bir telekanal da dəvət etdi. Bir dəfə getdim, sonra getmədim. Mənim qızım da jurnalistikanı bitirib, amma jurnalist kimi fəaliyyəti yoxdur. Mənə dedi ki, ana, xahiş edirəm getmə. Fikirləşdim ki, bəlkə efirdə problemimi işıqlandırarlar. Gördüm ki, yox. Evə gələndə qızım dedi ki, yazıq ana, yenə aldatdılar səni?! Böyük səhv edib efirə getdim. Mən şou yaradan adamam?! Belə mövzulardan qaçıram. Sənətkara vaxtında dəyər verilməlidir. Öləndən sonra neynirəm məni yada salasan?! Qızım deyir ki, öləndə bir adam mənim qapımı döysə hamısını qovacam. Sağlığında qiymət verin insanlara. Mən bu dünyadan köçəndən sonra qapımı niyə açırsız? Dövlətimiz sağ olsun vaxtında mənə ev, fəxri ad verib.

Amma bu gün heç yerdə işləmirəm, yaşayışım, dolanışığım yaxşı deyil. Bunu maraqlanmaq lazımdır. Bir müddət əvvəl Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət etmişdim. Bir balaca məvacibli iş versinlər işləyim. Qohum-əqraba nə vaxta qədər kömək etməlidir?!” deyə illərin sənətkarı bildirib.


Elza Qaybalıyeva Elmlər Akademiyasının son iclasında yuxulayan alimlərdən də danışıb:


“Onlar vaxtında sözlərini demiş dəyərli alimlərdir. Sosial şəbəkədə məsxərəyə qoymaq olmaz. İndi onsuz da sosial şəbəkədə hər şeyi müzakirə edirlər. Sadəcə olaraq işdən çıxmalıdırlar ki, yerlərinə başqaları gəlsin. Çünki qocalıblar. Onlar yaxşı pensiya alırlar” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər