“Rasim Balayevlə düşmən deyilik, onu bağışlayıram, görəndə..” - FOTO+ÖZƏL
Ekskluziv
1326
11:20, Bu gün

“Rasim Balayevlə düşmən deyilik, onu bağışlayıram, görəndə..” - FOTO+ÖZƏL

“Efirə əsl sənətkarları dəvət etmək lazımdır, başqalarını yox. Onu gərək televiziya rəhbərləri aparıcılara, jurnalistlərə desin. Televiziyanın yiyəsi, rəhbəri var. Bu problemləri onlar həll etməli idi. Demək ki, hər şey bundan sonra yaxşı olacaq. Tamaşaçılar da narazı idi. Müraciətlər əsasında belə oldu. Efirə təsadüfi adamlar çıxmamalıdır. Tamaşaçılar ekrandan çox şey öyrənirlər. Mən televiziyaya baxanda əvvəldən proqrama baxıram ki, görüm nə var, nə yox?”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib.

O daha sonra əlavə edib:

“Teatrda işləmirəm, pensiyaya çıxmışam. Sözün düzü heç teatrla maraqlanmıram da. Filmlərdən də dəvət almıram. Dəvət olunan filmə də, senariyə də, rejissora da baxıram. Senarini oxuyuram, xoşuma gəlməsə çəkilmirəm. Bu gün filmlərdə, seriallarda eyni simalardır. Bir mafiya formalaşıb. O vaxt belə hallar yox idi. Kimin istedadı varsa onu çəkirdilər. Dost, dayday söhbəti keçmirdi. Mən o vaxt Tacikistanda filmə çəkilirdim. Bakıda bir film lentə alınırdı. Rol aktyora uyğun gəlmədiyi üçün məni çağırtdırdılar. O da çox yaxşı aktyor idi. Gəlib gördüm ki, mən həmin rol üçün çox yaşlıyam. Çəkilmədim ki, qoy o çəkilsin. Həmin aktyor indi rəhmətə gedib. Həmişə danışırdı ki, “mənim ilk filmim idi, Tariyel müəllim çəkilmədi ki, qoy mən çəkilim”. Biz belə olmuşuq. İndi bir-birinin əlindən rol alırlar. Mən Almaniya, Tacikistan, Özbəkistan, Türkmənistanda filmlərə çəkilmişəm. Öz ölkəmizdə o vaxt məni çəkmirdilər” deyə aktyor bildirib.

Aktyor xalq artisti Rasim Balayevlə münasibətlərinə də aydınlıq gətirib:

“Rasim Balayevlə düşmən deyilik, ola da bilməz. Müəyyən incikliklər yaranıb, amma keçib getdi. O ittifaqa rəhbərlik edirdi, Şəfiqə ilə birlikdə idi. Bir dəfə mənə “Mosfilm”-dən dəvət gəlib, onu gizlətmişdilər, atmışdılar kənara. Mənə xəbər etməmişdilər. O vaxtdan incimişdim. Görəndə salam verərəm. Bilirəm ki, xəstədir. Allah şəfa versin. Mən ondan yaşca da böyükəm. Belə deyiblər ki, kiçikdən xəta, böyükdən əta. Bu onun səhvidir, mən də ona bağışlayıram” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər