Göydən pul dolu təyyarə düşdü...- Yerdəkilər nə etdi?..-FOTOLAR+VİDEO
Ekskluziv
107
06:56, Bu gün

Göydən pul dolu təyyarə düşdü...- Yerdəkilər nə etdi?..-FOTOLAR+VİDEO

Fevralın 27-də Boliviyanın El Alto şəhəri yaxınlığında nağd pul daşıyan hərbi təyyarə qəzaya uğrayıb. Göyərtəsində yüz minlərlə Boliviya əskinası olub və toqquşma zamanı yola səpələnib.
 
Moderator.az Ukrayna mediasina istinadla xəbər verir ki, yerli "El Deber" nəşrinin məlumatına görə, qəzaya uğrayan təyyarə Boliviya Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" təyyarəsi olub.
Toqquşma zamanı yola "enən" təyyarə magistral yolda hərəkət edən bir neçə nəqliyyat vasitəsi ilə toqquşub. Qəzada artıq ən azı bir nəfər ölüb.
 
İnternetdə yayılan görüntülərdə təyyarənin gövdəsinin bir hissəsi görünür, insanların kömək istəməsi ilə bağlı qışqırıqlar eşidilir.
 
Qəza baş verən yerin ətrafında böyük bir izdiham toplaşıb. Hadisə yerindəki xaosdan istifadə edən insanlar yol boyunca səpələnmiş pulları toplamağa tələsiblər, polis əməkdaşları isə onları saxlamağa çalışırlar. Daha sonra təyyarənin Boliviya Hərbi Hava Qüvvələrinə məxsus "C-130 Herkules" təyyarəsi olduğu müəyyən edilib. Hərbi Hava Qüvvələri onu yalnız yük daşınması üçün icarəyə götürür.
 
"Reuters"-in məlumatına görə, təyyarə ölkənin daxili ərazilərinə yeni əskinaslar daşıyıb. Qəzadan sonra El Alto Beynəlxalq Hava Limanı müvəqqəti olaraq bağlanıb.
Hadisənin şahidləri iddia edirlər ki, təyyarə toqquşma zamanı ondan çox nəqliyyat vasitəsini məhv edib. Mülki nəqliyyat vasitələri ilə yanaşı, magistral yolda hərəkət edən yük maşınları da məhv olub. Digər mənbələrin məlumatına görə, qəzada 15 nəfər ölüb.
 
Link kopyalandı!
Son xəbərlər