Ekskluziv
134
16:16, Bu gün

"Budəfəki Pakistan-Əfqanıstan savaşı ABŞ-ın xüsusi əməliyyatıdır..."- Analitikdən İLGİNC İDDİA

Ukraynalı  analitik Aleksey Kuş iddia edir ki, Pakistanın Talibana hücumu və onların cavabı adi regional münaqişə deyil. O, bu eskalasiyanı ayətullah rejiminə zərbə endirməyə hazırlaşan ABŞ-ın müttəfiq Pakistan rejimi vasitəsilə İranı dəstəkləyən Əfqanıstana hücumu kimi dəyərləndirir. 
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla bildirir.
 
"Pakistan və Əfqanıstan arasında Dürand xətti boyunca düşmənçiliyin artması hər iki ölkənin bədənində post-müstəmləkə yarasıdır.
 
Niyə indi?..
 
İki ölkə arasında düşmənçilik zaman-zaman bərpa olunsa da, hazırkı eskalasiya unikaldır. Həm intensivlik, həm də zaman baxımından.
 
Əsasən, bu, Tehrana qarşı qarşıdan gələn Amerika və İsrail əməliyyatı kontekstində İrana mümkün dəstəyini əngəlləmək üçün Pakistan qüvvələrindən istifadə edən ABŞ-ın Talibana qarşı qabaqlayıcı hücumudur.
 
Daha geniş kontekstdə bu, bölgədə iki fundamentalizmin - şiə və sünnilərin uranı 60%-ə qədər zənginləşdirməklə potensial birləşməsinin qarşısını almaq cəhdidir", analitik belə hesab edir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər