“Erməni faşizminin Xocalıdakı vəhşilikləri insanlıq tarixinin ən qorxunc cinayətidir”
Ekskluziv
90
18:06, Bu gün

“Erməni faşizminin Xocalıdakı vəhşilikləri insanlıq tarixinin ən qorxunc cinayətidir”

“Erməni faşizminin Xocalıdakı vəhşilikləri insanlıq tarixinin ən qorxunc cinayətidir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda baş verənlər bəşər tarxində misli-bərabəri olmayan vəhşilikdir:

“34 il bundan öncə Xocalıda dinc insanlara qarşı amansız soyqırım həyata keçirən ermənilər 613 nəfər soydaşımızın həyatına son qoyub, insan xisləti ilə bir araya sığmayan qəddarlıqla uşaqlara, qadınlara, qocalara dəhşətli işgəncələr veriblər. Bütöv bir şəhər bir gecənin içərisində məhv edilib, xəritədən silinib. Ən dəhşətlisi isə budur ki, bütün dünyanın gözü önündə baş verən bu hadisədən sonra da heç bir beynəlxalq təşkilat, qlobal güc erməni faşizminə “dur” deməyib, onun işğalçılıq siaysətinin qarşısını almaq üçün əməli addım atmayıb. Nəticədə, ermənilər Xoclı soyqırımından sonra da Azərbaycan xalqına qarşı qanlı əməllərini davam etdirib, yeni işğallar həyata keçirib, qətillər törədiblər.

Bu gün Xocalı soyqırımının 34-cü ildönümünü qeyd edərkən bizim üçün yeganə təsəlli 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatından sonra xalqımız qarşı ağır cinayətlərdə, eləcə də Xocalı soqırımında iştirak edən erməni canilərinin ələ keçirilmsi, məhkəmə hökmü ilə ədalətli şəkildə cəzalandırılmasıdır. Buna görə isə biz Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, xalqımızın brilik və həmrəyliyinə minnətdarıq.

Əminəm ki, üzərindən illər, əsrlər keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq və daim sevgi ilə yad ediləcək”.

Seymur ƏLİYEV

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər