Ekskluziv
178
11:25, Bu gün

"Növbəti 6 ayda bu 3 qeyri-demokratik rejim çökə bilər..."-İlGİNC PROQNOZ

Respublikaçı senator Ted Kruz 2026-cı ildə 3 qeyri-demokratik rejimin süqutunu proqnozlaşdırıb.
 
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, senator bu barədə "CNBC" kanalına müsahibəsində danışıb.
 
Kruzun sözlərinə görə, Venesuela, İran və Kubadakı rejimlər növbəti 6 ay ərzində süquta uğraya bilər. Respublikaçı senator vurğulayıb ki, əgər bu uğur baş tutarsa, bu, Berlin divarının yıxılmasından bəri ən böyük geo-siyasi dəyişiklik olacaq.
 
"Biz elə bir nöqtədəyik ki, növbəti 6 ay ərzində İran, Venesuela və Kubadakı rejimlərin süqutunu və onların Amerikanın dostu olmaq istəyən hökumətlərlə əvəz olunacağını görə bilərik. İndi isə açıq şəkildə deyim: hər şeyin başqa cür gedə biləcəyi minlərlə yol var", - deyə o, diqqətə çatdırıb.
 
Senator Kruz əlavə edib ki, bu barədə "çəhrayı illüziyaları" yoxdur.
 
"Amma bu baş verərsə, bu, Berlin divarının yıxılmasından bəri ən böyük geo-siyasi dəyişiklik olardı", - deyə o vurğulayıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər