“Xocalı soyqırımının tanınması ilə bağlı aparılan təbliğati işdə məni narahat edən yeganə məqam odur ki...”
Ekskluziv
180
15:51, Bu gün

“Xocalı soyqırımının tanınması ilə bağlı aparılan təbliğati işdə məni narahat edən yeganə məqam odur ki...”

“Xocalı soyqırımının tanınması, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı mediamızın gördüyü işdən razıyam və jurnalistlərimizin əməyini təqdir edirəm. Bu məsələdə məni narahat edən yeganə məqam bəzi hallarda bu soyqırımının ildönümləri ərəfəsində xatırlanması ilə bağlıdır. Halbuki, Xocalı soyqırımının hər zaman yad edilməsi, bu yöndə təbliğati işin mütəmadi şəkildə aparılması vacibdir. Hansı ki, bəzi media orqanları və ya qurumlar arasında təbliğati işi bu şəkildə aparanlar var”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” kampaniyasının əhəmiyətindən də bəhs edib:

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə illər uzunudur ki, aparılan “Xocalıya ədalət!” kampaniyası bu faciənin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm önəm kəsb edir. Bir sıra ölkələr məhz bu kampaniya sayəsində Xocalıda baş verənlər haqqında dolğun məlumat əldə edib, Xocalı soyqırımını tanıyıblar. “Xocalıya ədalət!” kampanyası il uzunu həyata keçirilir ki, bu da erməni vəhşiliyinin ifşası baxımından olduqca əhəmiyyətlidir”.

Cahangir Məmmədov qeyd edib ki, soyqırımı ilə bağlı REAL TV-nin apardığı araşdırmalar da əsl jurnalsitika tədqiqatları kimi alqışlanmalıdır:

“Xocalı soyqırımı ilə bağlı REAL TV-nin təqdim etdiyi bir-birindən maraqlı faktlar, aparılan araşdırmalar bu soyqırımı ilə bağlı həqiqətlərin təbliği, erməni faşizminin ifşası baxımından xüsusilə önəmlidir. Bunlar əsl jurnalist araşdırmalarıdır. Mən REAL TV-dəki bu verilişlərə baxdıqca həmin dövrə qayıdır, özümü o hadisələrin içində hiss edirəm. Hesab edirəm ki, jurnalstlərimiz məhz bu məktəbə, bu yanaşmaya üstünlük verməli, Xocalı soyqırımının unudulmaması, təbliği istiqamətində bütün imkanlardan istifadə etməlidir”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər