Dəhşətli həqiqət
Ekskluziv
1689
24 Feb 2026 | 12:57

Dəhşətli həqiqət

Nadirin   iki  gün idi ki , dincliyi  yox  idi . Gecə  səhərəcən gözünə  yuxu  getmirdi.   Dünya  başına  fırlanırdı. Gündüzlə rastlaşdığı    günə lənət yağdırırdı. Halbuki  onu  görəndə  çox sevinmişdi.  Qarabağdan  çıxandan  sonra onunla ilk dəfə  rastlaşırdı. Gündüzlə  uşaqlığı  birgə keçmişdi. Daim  onunla  görüşmək  arzusunda idi.   Lakin  iş -  güc , ailə , ev – eşik  qayğısı aman  vermirdi.     Hərdən  bir  görüşdüyü  kənlilərindən    Gündüzü soruşub sağ  -  salamat olduğunu öyrənib , kifayətlənirdi. İki   gün  bundan  əvvəl   bir  yas  yerində  üzbəüz  gəldilər.  Necə  deyərlər  hər ikisi  dinə-imana  gəldi.  Qucaqlaşıb  kövrəldilər. Söhbət elə  maraqlı  , elə  şirin  oldu  ki, parkdakı  oturacaqda  bir saata  yaxın  oturub kənddəki  xatirələri yad  etdilər. Gündüz Nadirin  uşaqlar  “Qoca”     deyə çağırdıqları Səriyyə  nənəsindən  danışdı. Nənənin bəhməz  bişirməyini,  buna  görə bütün  kəndin uşaqlarının tut  çırpmağa gəlməyini , böyük  bir  karxananın  ətrafına cərgə ilə yığıldıqlarını , arada  qəşş  edib  güldüklərini ,  o zaman uşaqlar karxananı gah sağa , gah  da sola  sürüdüklərini  gözləri  dola -  dola  xatırladı. Hələ  də o  iri ,mis  teştin içindəki bəhməzin üzərinə  yığılan köpüyün qoxusunu hiss  etdiyini  söylədi.  Nadir  də öz  növbəsində qış  aylarında  demək  olar ki ,  iki  gündən  bir  Gündzgilə qəysaba yeməyə getməyindən söz açıb Əntiqə  xalanın nehrə yağında  qızartdığı ərik qurusun   nə  dadını ,ətrini, nə  də kənddəki o günləri  unutmadığını ,o  günlər  üçün  burnunun ucu  göynədiyini dedi. Xatirələr  çözələndikcə  qurtarmaq  bilmədi.   Hər ikisi o  günləri  yenidən  yaşayıb , doymaq  bilmirdilər.  Birdən  Gündüz  bir  anlıq   Nadirin  üzünə  baxıb,  çəld bir  hərəkətlə ayağa  qalxdı. İsrarla onlara  getməyi  təklif  etdi.  İndiyə  qədər  də  bir-  birinin evini tanımadıqları  üçün  deyindi.  Əvvəl  özünü   sonra  da Nadiri  danladı. Əslində bu  fikir  Nadirin  də  ürəyindən  olsa   da  indi həmin  günə  lənət yağdırırdı. Gündüzün  evi  çox  da  uzaq deyildi. Maşınsız ,  ayaqla  iyirmi dəqiqəlik  yol idi.   Söhbət  edə  -  edə  gəlib  çıxdılar  Gündüzün  evinə.  O,  bir  əli  ilə darvazanı  açıb,  o biri  əli  ilə Nadirin  kürəyinə  vurub  içəri  dəvət etdi.   Gündüzün  həyat  yoldaş zivəyə  paltar asırdı. Nadir  onu  tanımaqda  çətinlik  çəkmədi.   Aygün elə  də dəyişməmişdi.  Həmənki kimi nəçib bədəni, uça  boyu, yaraşıqlı sifətli   var  idi.  Lap yaxından görünən  dərin  qırışlar  olmasa sanki  illər  önçəki həmən  qız  idi.  Qadın  onları  görüb  bir  an   təəccüb  etsə  də ,Nadiri  dərhal tanıyıb,  gəlişini salamladı.    Hal- əhval  tutub  onlara  oturmaq üçün  yer göstərib  içəri  keçdi. Onun  getməyi  ilə qayıtmağının  arası bir  şey  çəkmədi. O , dil  boğaz  qoymadan  Nadiri suala  tutmuşdu. Əlinə  keçəni  süfrəyə  yığıb maraqla  Nadirin verdiyi  cavabları  dinləyirdi. Hər şey  bundan  sonra  baş verdi.  Gündüz qızlarını  çağırıb  Nadirlə  tanış etdi. Üç qız bir-  bir  gəlib  onunla  sanki  çoxdan  tanıyırmışlar  kimi görüşüb  getdi. Əslində  qızlar qiyabi  də  olsa Nadiri  tanıyırdı.   Ataları  demək olar  ki,  hər  gün onunla  bağlı  bir  xatirə danışardı.  Bayaqdan  bəri  şad – xürrəm oturun  Nadirin  sanki  başına  bir  qazan  su  tökmüşdülər. Kişi  özündə  yaranan bu  haldan  baş  aca bilmirdi. Boğula  -  boğula qalmışdı.  Ürəyinin  döyüntüsü artıb, qulaqları  batmışdı.     Bir  sözlə özündə  - sözündə  deyildi. Evə  geç qayıtdı .  Süst  düşmüşdü . Heç  nə düşünə  bilmirdi. Daha  doğrusu  düşünmək istəmirdi.  Gündüz  uça boylu  ərəb  kimi  qaraşın qalın  qaşlı , iri  qara  gözlü  bir  adam  idi.  Qızlar da  özünə  oxşayırdı.  Bir  tək  kiçik  qız  bacılarından tam  fərqli  olaraq, orta  boylu nəcib  vücudlu  sarışın  ,ala  gözlü qız idi. Nadir  qızı görəndən  özündə  deyildi. Qəribə   hal  keçirirdi .  Sanki  Sonanı haradansa  tanıyırdı.  Onda qıza  qarşı qəribə  hisslər  var  idi.   Ağlına  gələn  fikri  ürəyinə  yaxın  qoymaq  istəməsə də  mümkün  deyildi.   Fikir  onu  didib  parçalayırdı.  Sonanın  anasına  bənzədiyini  fərz  etmək istəyirdi, amma  bənzədə  bilmirdi .Əksinə   Aygün   də qara qaş – qara  göz İdi , ümumiyyətlə  Sona ilə  heç  bir  bənzərliyi  yox idi.  Bir  -  iki  gün  yuxusuz  gecə  keçirəndən  sonra Nadir bu  barədə  düşünməyi özünə  qadağan  etdi.  Kimə bənzəyir    ,bənzəsin mənə  nə?- deyib özünü  sakitləşdirdi.  Amma ,fərqli  biri  olmuşdu.  Evdən  lap tez çıxıb  gec qayıdırdı.  Az  danışıb, ailəsindən  ,daha doğrusu  yeganə qızı   Ayseldən  və   otuz illik ömür  - gün  yoldaşı    Narından gen gəzirdi.  Aradan  bir  ay  də  ötdü. Gündüzün  zənglərinə dilini sürüyə - sürüyə cavab  verib, hər dəfə bir  bəhanə uydururdu.  Halbuki  bundan sonra  daim görüşəcəyinə  söz  vermişdi.  Nadirdə  yaranan  bu hal  Narının  da gözündən yayınmadı.   Lakin  qadının  bütün  cəhdləri  boşa  keçdi .   O ,Nadirin qarnına ,   canına  düşən odun səbəbini öyrənə  bilmədi  ki ,bilmədi. Bircə  onu  bilirdi  , kişi qızından gen  qaçır .Sanki  qızla  arasına  qurd  yağı çəkmişdilər.  Nadir o görüşdən sonra hər gecə  yuxusunda   kəndlərindən  çıxdıqları son  günü  görürdü.   O  dəhşətli gecənin  müsibətini yenidən  yaşayıb  tər  içində  yuxudan ayılıb , az  qala  huşunu  itirirdi. Narın  onu  silkələyib  yuxudan  zorla  oyadırdı.  Bir  səhər  yenə də  yuxudan  dəli  kimi oyanıb Narına  sual verməyə  başladı:

- Biz  kənddən  çıxanda səni xəstəxanadan  kim götürdü?

 Narın  Nadirin  dəfələrlə   eşitdiyi  bu  hadisəni yenidən  suruşmağına   təəccüb etsə də,  - dedi:

    Ertədən  xəstəxananın  işıqları  sönmüşdü.  Birdən    ermənilər  güclü  hücuma   keçdilər. Sanki  dünyanın  sonu  idi. Səsdən  qulaq batırdı. Atılan  minalardan  bir xəstəxananın üzərinə düşdü.  Gözümüzün önündə  bir  necə  qadın  parça- parça  oldu.  Mən  huşumu  itirmişdim.   Aygünün köməyi  ilə   zorla  özümə  gəldim.  Körpəmizi  götürüb  bir  təhər  xəstəxanadan  çıxıb  yaxınlıqdakı kola  sığındıq. Soyuq, sazaq  qanımıza  işləyə- işləyə  səhər acılana   qədər  orada  qaldıq .   İşiqlaşanda atam  bizi  tapıb  götürdü.  Sonrasını  xatırlamıram .  Mən  özümə gələndə  sən  artıq  biz  tapmışdın.

 Narın birdən  sözünü  kəsib  ağlaya – ağlaya  dedi:

  -Nadir,  sən  bilirsən  ki,  bunu  danışmaq  mənə çox çətindir.  Sanki  o  günləri  yenidən yaşayıram , bildiyin  hadisəni  niyə  soruşursan?

 Nadir  yazıq-  yazıq  Narının  üzünə baxıb gözündən  sel kimi yaş  axıtdı.   O ,  səsi  boğula  -  boğula  dedi:

 Narın , sən  həmin  gecə  bizim  körpəmizi  dəyişik  salmısan.  Sənə  and  içirəm  Aysel  bizim  qızımız  deyil. Xatırlayırsan  dəfələrlə bizə  sual  veriblər  bu qız kimə  bənzəyir? Mən  o  gün  öz  qızımı gördüm. İnanırsan   mənə  elə gəldi sənin  məktəbdə  oxuyan  vaxtını görürəm. Sonanın mənə necə doğma  olduğunu  dillə anlada  bilmirəm.  Sanki orada canımın  bir  parçası  dayanıb mənə baxırdı.  Eşitdiyi  sözdən  Narının  bütün  vücudu titrədi.  O, var  səsi  ilə yox,-  deyib üsyan  etdi.  Günlərlə  ağlayıb  , sızlasa da ürəyinə  şübhə toxumu səpilmişdi. Doğrudan  da  Aysel  uca  boylu qaraşın , iri qara  gözlü  bir  qız  idi. Lakin  nə olur olsun  bu sözün  həqiqət  olmağına inanmaq  istəmirdi.  İllərdən  bəri  sinəsinə  basıb sevə-  sevə  böyütdüyü  Ayselin  başqasının övladı  olduğunu  ağlına  sığışdıra  bilmirdi.  Bir  sözlə Nadirgilin  dünyası  dağılmışdı.  Çox  keçmədi  Aysel də  xəbərdən halı  oldu. Bu qıza  daha  pis  təsir  edirdi.  Atasının  Sonaya  olan  qeyri  adi  məhəbbəti  Ayselin  ürəyini  üzürdü.  Nadirdən  fərqli  olaraq  Gündüz  eşitdiyi  xəbəri dava  ilə  qəbul  etdi .  Bir  başa  Nadirin  üzərinə gedib,  az qala  əlbəyaxa  dala  etdilər..  Gündüz   qızlarının  daha  incə  ruhlu , zərif , həssası olan  Sonanı  lap çox  sevirdi.   Nadirin  sözü  kişinin ağlını  başından alıb,  dəli edirdi.Onunla rastlaşdığı  o  günə   o da lənət  yağdırsa da  heç  vaxt  bu sözün  düz  olmağına  nəinki  inanmırdı, heç    ağlının  ucundan  da  keçirmirdi.  Söz -  söhbət evbəev gəzməyə  başladı.   Qohumlar   yaranmış    vəziyyətdən  çıxış yolu  axtarmağa  başladı.   Nəhayət təhlil vermək  qərarına  gəldilər. Bu  işə  Gündüz  razı  olmasa  da  Nadir  israrla  qohum – qonşunu  vasitəsi  ilə  istəyinə  nail  olub  , təhlil  vermək  arzusunu  reallaşdırdı. Bu  günlər  ərzində  hər  iki  ailə  nələr  çəkdiyini bir  tək özləri  bilirdi. Gec  də  olsa  sonuclar  gəldi .  Gündüz nəticə nə  olur  -  olsun  mən  .  balamı heç  kimə  verən deyiləm  , deyirdi.   Nəhayət  qan  donduran  nəticə  açıqlandı. Doğrudan  da  qızlar  dəyişik  düşmüşdü .  Hər iki ailə bilirdi  ki,  bu  bilərəkdən  olmayıb.  O amansız  , dəhşətli , bombalı  ,qanlı - qadalı    gecənin  törətdiyi  acılardan  biri  idi.  Lakin Nadir  istədiyinə  nail ola  bilmədi. Ayseli  Gündüzün  evinə aparsa  da  Sonanı  öz  evinə  gətirə  bilmədi.  Çünki  bunu  nə  Gündüz istəmədi ,  nə də   Sona.  Həqiqət  dəhşətli  olduğu qədər    acı  oldu.  Nadir  nə edəcəyini  bilməsə  də qızının  bir  gün  doğma  ata- anasının  yanına  gələcəyinə ümid  bəsləyirdi.

Dərya Qılıc (Nailə)

AYB-nin üzvü Prezident təqaüdçüsü

Link kopyalandı!
Son xəbərlər