İnsanlar Qəzza xarabalıqlarında iftarı belə keçirirlər...-Qiymətlər!?..-FOTOLAR
Ekskluziv
119
06:46, Bu gün

İnsanlar Qəzza xarabalıqlarında iftarı belə keçirirlər...-Qiymətlər!?..-FOTOLAR

İki illik gərgin müharibədən sonra Qəzza zolağındakı fələstinlilər müqəddəs Ramazan ayını iqtisadi fəlakət dövründə qeyd edirlər. İsrail oktyabr ayında əldə edilən "atəşkəsə" baxmayaraq, ərzaq və digər təchizatın girişinə məhdudiyyətlər qoymağa davam edir.
 
Moderator.az bu haqda "Əl-Cəzirə" kanalına istinadla xəbər verir.
Əksər ailələr üçün sadəcə bir tikə çörək əldə etmək üçün gündəlik mübarizə müharibədən əvvəlki ənənəvi bayram ab-havasını əvəz edib. "Əl-Cəzirə"nin rəsmi məlumatlara əsaslanan təhlili göstərir ki, əsas malların qiymətlərinin kəskin şəkildə artması əhalinin böyük əksəriyyətindən ötrü gündəlik orucu açmaq üçün tam iftar yeməyini uzaq bir xəyala çevirib.
 
İsrailin mühasirəsini gücləndirdiyi və ya Qəzzaya keçidləri tamamilə bağladığı dövrlərdə ərzaq qiymətləri 700%-dən çox artıb. Oktyabr ayında başlayan "atəşkəs"dən bəri qiymətlər bir qədər azalsa da, müharibədən əvvəlki səviyyələrdən xeyli yüksək olaraq qalır.

Qəzzadakı İqtisadiyyat Nazirliyinin siyasət və planlaşdırma üzrə baş direktoru Məhəmməd Barbaxın sözlərinə görə, 7 oktyabr 2023-cü ildə müharibə başlamazdan əvvəl və bu Ramazan ayının ilk günlərinə qədər qiymətləri izləyən rəsmi məlumatlar heyrətamiz artımlar göstərir.

Nazirliyin qiymət məlumatlarını təhlili aşağıdakı artımları göstərir:

Toyuq - kiloqramı (2,2 funt) üçün 14 şekeldən (4,49 dollar) 25 şekelə (8,01 dollar- 13.6 AZN ) yüksəlib ki, bu da 80 faiz artım deməkdir.

Dondurulmuş balıq - kiloqramı 8 şekeldən (2,56 dollar) 23 şekelə (7,37 dollar- 12,5 AZN) yüksəlib ki, bu da 190 faiz artım deməkdir.

Dondurulmuş qırmızı ət: - kiloqramı üçün 23 şekeldən (7.37 dollar) 40 şekelə (12.82 dollar-21, 8 AZN) yüksəlib ki, bu da 75 faiz fərq deməkdir.

Yumurta - 30 yumurtadan ibarət bir qabın qiyməti əvvəl 13 şekel (4.17 dollar) olduğu halda 170 faiz artımla 35 şekel (11.22 dollar- 19 AZN) təşkil edir. Yəni bir yumurta təxm. 63 qəp.

Fələstin pəhrizinin əsas qidası olan tərəvəzlərin də qiymətində kəskin artım müşahidə olunub. Pomidorun qiyməti ikiqat artıb, xiyarın qiyməti isə 300 faiz artaraq kiloqramı 3 şekeldən (0,96 dollar) 12 şekelə (3,85 dollar) çatıb. Pendirin qiyməti isə 110 faizə qədər artıb ki, bu da Ramazan ayında oruc tutmazdan əvvəl sübh yeməyi olan sahurun ​​qiymətinə birbaşa təsir edib...

S.Laçın

 

 

Link kopyalandı!
Son xəbərlər