Asim Mollazadə: “Avropa Parlamentinin ekspertləri Ruben Vardanyanla bağlı araşdırma aparmalıdır”
“Erməni terrorçusu Ruben Vardanyanın törətdiyi cinayətlər həddindən artıq çoxdur və bura çirkli pulların yuyulması da daxildir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Ruben Vardanyanla bağlı Avropa parlamentinin ekspertləri tərəfindən müvafiq araşdırmaların aparılması faydalı olar:
“Hesab edirəm ki, Ruben Vardanyanla bağlı Avropa Parlamentinin ekspertləri araşdırma aparmalı, onun çirkli pulları hansı ölkələrdə, necə yumasını ortaya çxıarmalıdır. Bu, Vardanyanın törətdiyi cinayətlərin tam miqyası ilə üzə çıxarılması baxımından vacibdir. İnanıram ki, əgər belə bir araşdırma aparılarsa, o zaman Vardanyanın bu müstəvidə də beynəlxalq qanunları kobud şəkildə pozduğu üzə çıxacaq, onun bu qəbildən olan çoxsaylı cinayətlərə yol verdiyi isbatlanacaq".
Seymur ƏLİYEV