“Qubadlının Aşağı Mollu kəndində bir erməni belə yaşamayıb, necə ola bilər ki, Həcər erməni olsun?”-FOTO+ÖZƏL
Ekskluziv
362
16:52, Bu gün

“Qubadlının Aşağı Mollu kəndində bir erməni belə yaşamayıb, necə ola bilər ki, Həcər erməni olsun?”-FOTO+ÖZƏL

“Həcər Qubadlının Aşağı Mollu kəndində dəfn olunub. Aşağı Mollu da Qaçaq Nəbinin doğulub boya-başa çatdığı kənddir. El adəti ilə ən gözəl zirvədə dəfn olunub. Əgər Həcər yayılan şayiələrdəki kimi erməni olsaydı, orada dəfn olunmazdı. Kənd camaatı belə icazə verməzdi. Həcər ömür-gün yoldaşı Nəbiyə sadiq olub”

Bunu Moderator.az-a açıqlamasında xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərin kötücəsi Həcər Əkbərova deyib. O daha sonra Həcərin erməni olduğunu deyən bəzi mənbələrə sübutla cavab verib:
“O vaxt Gürcüstanda erməni əsilli jurnalist olub. Nəzərə alsaq ki, ermənilər təkcə Azərbaycanın qəhrəmanlarını deyil, mədəniyyətimizi də, musiqimizi də, mahnılarımızı da mənimsəyiblər. Xalq qəhrəmanları da sevildiyi üçün onlar belə bir şayiə yayırlar. O vaxt həmin şayiə Azərbaycana keçir. Həmin erməni əsilli bir jurnalistin xəbər yayması ilə bu şayiələr ərsəyə gəlir. Heç bir fakt yoxdur ki, Həcər xanım ermənidir. Bunun ən başlıca sübutu kameral təsviri siyahıdır. Hansı ki, Zəngəzurun 1874-cü ili, ondan sonrakı dövrü də əhatə edən bütün siyahı var ki, orada bir nəfər də olsa erməni belə yaşamayıb. Həmin siyahıda xüsusilə də Aşağı Mollu kəndində bir erməninin yaşaması ilə bağlı fakta rast gəlinmir. Bu faktın doğru olmadığını mən sənədlərlə sübut edə bilərəm. Amma onu deyən insanlar əksini mənə sübut edə bilməzlər” deyə xalq qəhrəmanının kötücəsi deyib.


Həcər xanım bildirib ki, Azərbaycan xanımları hər zaman at belində olub, həyat yoldaşları ilə çiyin-çiyinə döyüşüblər. O müasir dövrün xanımlarını da belə görmək arzusundadır:
 “Azərbaycan xanımları dünyanın ən nümunəvi xanımlarıdır. Həm ailədə, həm cəmiyyətdə, həm də işgüzar həyatda hər zaman nümunəvi addımlar atıblar. Ana balasını belə özü üçün yox, cəmiyyəti üçün yetişdirməlidir. Bu əqidə qadında formalaşandan sonra o cəmiyyətə gözəl övlad bəxş edəcək. Necə ki, əsgər deyib yetişdirdiyimiz övladlar həmin torpaqlarımızı azad edib. Bir övladı tərbiyə etmək, bir cəmiyyəti xilas etmək deməkdir” deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər