Ekskluziv
260
21:16, Bu gün

"İran Hörmüz boğazını bağladı: dünya qazının üçdə biri risk altında" - "Al Jazeera"

 
"Rusiya-İran hərbi təlimləri Vaşinqtona açıq mesaj göndərir..."
 
ABŞ-ın regionda hərbi mövcudluğunu artırdığı bir vaxtda İran və Rusiya Oman körfəzi və Hind okeanının şimalında birgə hərbi-dəniz təlimləri keçiriblər. 
 
Moderator.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" nəşri yazıb.
 
Hörmüzdə hərbi siqnal
 
Nəşr yazır ki, bundan az əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını bir neçə saatlıq qismən bağlayıb. Bu ardıcıl addımlar təsadüfi sayılmır. Müşahidəçilərə görə, Tehran Vaşinqtona açıq mesaj verir: Fars körfəzində birtərəfli addımlar qəbuledilməzdir və regionun təhlükəsizliyi İranın iştirakı olmadan müəyyən edilə bilməz.
 
Enerji marşrutu və çəkindirmə siyasəti
 
Hörmüz boğazı qlobal enerji ticarətinin əsas arteriyalarından biridir - dünya neft dövriyyəsinin təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın üçdə biri bu dar su yolundan keçir. Bu səbəbdən onun qısa müddətə belə bağlanması bazarlara ciddi psixoloji təsir göstərir.
 
Analitiklər hesab edir ki, Tehran diplomatik danışıqları hərbi güc nümayişi ilə paralel aparır və prosesə "güc mövqeyindən" qatılmağa çalışır. Təlimlər zamanı müasir raket və pilotsuz sistemlərin nümayişi İranın çəkindirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
 
Moskva ilə yaxınlaşma
 
Rusiyanın təlimlərdə iştirakı iki ölkə arasında artan hərbi əməkdaşlığın növbəti mərhələsi kimi dəyərləndirilir. Ekspertlər bunu ABŞ-ın regiondakı siyasətinə qarşı formalaşan daha geniş strateji yaxınlaşmanın elementi hesab edir.
 
Çin bu dəfə manevrlərdə iştirak etməsə də, müşahidəçilərin fikrincə, Tehran üçün əsas məqsəd dəyişmir, bu da müdafiə potensialını gücləndirmək, enerji kartından strateji alət kimi istifadə etmək və beynəlxalq təzyiqləri balanslaşdırmaqdan ibarətdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər