Bizi sosial şəbəkələrdən izləyin:
21 fevral gecəsi Ukrayna Raket Qoşunları və Artilleriya bölmələri Rusiyanın Udmurt Respublikasının Votkinsk şəhərindəki Votkinsk Zavod hərbi-sənaye kompleksinə FP-5 Flamingo qanadlı raketlərindən istifadə edərək zərbə endirib.
Moderator.az-ın bu gün səhər saatlarında yaydığı bu xəbəri, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"-da təsdiqləyib.
"21 fevral gecəsi Ukrayna Raket Qoşunları və Artilleriya bölmələri "FP-5 Flamingo" qanadlı raketlərindən istifadə edərək zərbə endirib. Votkinskdəki (Udmurt Respublikası, Rusiya) Votkinsk zavod hərbi-sənaye kompleksinə zərbə endirilib. Obyektdə yanğın aşkar edilib. Nəticələr dəqiqləşdirilir", - deyə açıqlamada bildirilir.
Votkinsk zavodunun aşağıdakı funksiyaları var:
-"955A" layihli "Borei-A" sualtı qayıqları üçün qitələrarası ballistik raketlərin, "RS-24 Yars", "Yars-S", "Yars-M", "ZM-30" (R-30) "Bulava" ballistik raketlərinin istehsalı;
-"İsgəndər-M" raket kompleksi üçün "9M723-1" və "Kinjal" hava raket sistemi üçün "9-S-7760" tipli ballistik raketlər.