Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistana səfər edən Azərbaycan vətəndaşları Rusiya Federasiyası vətəndaşlarıdır və onlar əvvəllər də 2013 və 2014-cü illərdə Ermənistana səfər etmişlər.
Moderator.az xəbər verir ki, tert.am-ın yazdığına görə bu barədə "Armenpress" in sorğusuna cavab olaraq Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıbş
MTX həmçinin bildirib ki, onlar Ermənistana "Baqrataşen" sərhəd keçid məntəqəsindən daxil olub və ölkəni tərk ediblər və səfər şəxsi xarakter daşıyır.
Milli Təhlükəsizlik Xidməti həmçinin xatırladıb ki, MTX-nin fəaliyyəti və onun nəticələri barədə məlumatlar dövlət sirri kimi təsnif edilir və "Məlumat Azadlığı haqqında" Qanunun 8-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq dərc olunmur.
Xatırladılır ki, internetdə "Amasiyada azərbaycanlılar erməni patrulları ilə danışır" adlı video yayılıb.
Moderator.az xatırladır ki, əslən Qərbi Azərbaycandan olan Rusiya vətəndaşı Rövşən Əhmədovun indiki Ermənistan ərazisini, xüsusən də doğma dədə-baba yurdu olan Amasiya vilayətini gəzməsi, köhnə yurd yerlərindən video çəkməsi və paylaşımlar etməsi bəzi erməni siyasətçiləri bərk narahat edib...
S.Laçın