ABŞ səfiri İsrailin
Ekskluziv
374
06:46, Bu gün

ABŞ səfiri İsrailin "Bibliyaya uyğun olaraq, az qala, bütün Yaxın Şərqi ələ keçirmək haqqının olduğunu" bəyan etdi...

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin yəhudi dövlətinin Yaxın Şərqin əhəmiyyətli bir hissəsinə iddia etmək üçün "Müqəddəs Kitab hüquqlarına" malik olduğu mövqeyini dilə gətirməsi dünyadakı ədadlət tərəfdarları arasında böyük hiddət doğurub.
 
Moderator.az xəbər verir ki, bu haqda "The Guardian", "Əl-Cəzirə", "TRT world" və s. kimi tanınmış dünya KİV, həmçinin Rusiyanın "RİA Novosti", "Moskovski komsomolets" kimi nəşrləri məlumat yayıb.
Təl-Əvivdə keçirilən söhbət zamanı tanınmış podkastçı Taker Karlson diplomatdan "Böyük İsrail" anlayışı barədə soruşub və  Bibliyanın Yaradılış fəslinin 15-ci ayəsinə istinad edib. Bu fəsildə Tanrının giya İbrahim peyğəmbərlə "Nildən Fərata" torpaqların yəhudilərə verilməsi barədə söhbəti yer alır. Karlson Hakabinin İsrailin guya müasir İordaniya, Suriya, Livan, eləcə də Səudiyyə Ərəbistanı və İraqın bir hissəsini əhatə edən ərazilərə hüquqları olduğu fikrini bölüşüb-bölüşmədiyini soruşub. ABŞ səfiri isə belə cavab verib: "Hamısını ələ keçirsəydilər, yaxşı olardı".
Bu isə bütün Fələstin, Livan, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və İraqın bir hissəsini əhatə edəcək bir ərazidir...
 
Hakabi yəhudi xalqının torpağa olan bağlılığını "bir xalq, bir yer və bir məqsəd"in birləşməsi kimi təsvir edərək, "İsrail, Allahın İbrahim vasitəsilə seçdiyi bir xalqa verdiyi bir torpaqdır" deyib.
 
"TRT World" qeyd edir ki, daha sonra ABŞ diplomatı İsrail hökumətinin hazırda bu qədim sərhədlərə qədər genişlənməyə çalışmadığını iddia etsə də, baptist keşişi və açıq-aşkar sionist olan Hakabinin teoloji iddianı təsdiqləməsi dərhal beynəlxalq qınağa səbəb olub və xristian sionizminin ABŞ xarici siyasətinə təsiri ilə bağlı müzakirələri yenidən alovlandırıb.
 
ABŞ səfirinin Karlsonla müsahibəsi, İsrailin siyasəti, xüsusən də xristianlar və ABŞ-ın xarici siyasəti ilə bağlı iki ölkə arasında əvvəlki ictimai mübahisələrdən qaynaqlanır.
 
Karlson Hakabini İsrailin maraqlarını Amerika maraqlarından üstün tutmaqda ittiham edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər