Vaşinqtonda “Sülh Şurası”nın təsis iclasında iştirakın bizə nə faydası oldu?.. -ŞƏRH
Ekskluziv
362
19:29, Bu gün

Vaşinqtonda “Sülh Şurası”nın təsis iclasında iştirakın bizə nə faydası oldu?.. -ŞƏRH

“Birləşmiş Ştatlar məhz Azərbaycanın önəmini dərindən dərk etdiyindən əlaqələrin genişləndirilməsində maraqlıdır...”
 
“Dünən – fevralın 19-da Vaşinqtonda keçirilən ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış "Sülh Şurası"nın ilk - təsis toplantısında Azərbaycanın da yer alması böyük uğurun daha bir göstəricisidir. Bakı bu gün dünyada siyasi münasibətlərin yenidən formalaşmadırılmasında və dizayn edilməsində aktiv iştirak edir. Yalnız Cənubi Qafqazda deyil, eyni zamanda Yaxın Şərqin təhlükəsizliyində və iqtisadi əməkdaşlığın genişləndirilməsində də etibarlı tərəfdaş kimi qəbul edilir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Vaşinqtonda “Sülh Şurası”nın ilk- təsis iclasını necə şərh edərdiniz? Azərbaycan üçün hansı müsbət nəticələr oldu?” suallarına cavab verərkən siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Birləşmiş Ştatlar məhz Azərbaycanın önəmini dərindən dərk etdiyindən əlaqələrin genişləndirilməsində maraqlıdır. Donald Trampın Azərbaycana və onun lideri cənab İlham Əliyevə rəğbəti də məhz yürüdülən praqmatik siyasət və beynəlxalq sülhə verilən töhfələrdən qaynaqlanır. Azərbaycan Suriyanın bərpasında və təbii yanacaq təchizatında iştirak edir. Bir sıra humanitar layihələr icra edilir. Fələstin xalqına da dəstəyini əsirgəmir. İsrail-Fələstin münaqişəsinə münasibətdə də ədalətli mövqe sərgiləyərək iki dövlət prinsipini həll yolu kimi görür. Qəzzada qalıcı sülhün və yenidən qurmanın çətin olduğu aydındır. Lakin bununla belə, bu istiqamətdə atılan təşəbbüslər müəyyən ümidlər verir. Bakının da burada yer alması və sülhə töfhə verməsi sıradan bir hadisə deyil. Düşünürəm ki, ölkənin artan nüfuzu və göstərilən etimad qlobal aktora çevrilməyə geniş imkanlar yaradır. Bu isə regionumuz üçün da hədsiz dərəcədə faydalıdır”, -deyə davamında şərhçi diqqətə çatdırıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər