Hədəf İlham Əliyev deyil: Hədəf Azərbaycandır!
Ekskluziv
460
16:57, Bu gün

Hədəf İlham Əliyev deyil: Hədəf Azərbaycandır!

Məlum olduğu kimi, Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib.

Anti-milli radikal qrupun nümayəndələri  təxribat törətməyə cəhd edərək Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, həmçinin, mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Radikal qrupun təxibatlarının qarşısı Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi tərəfindən uğurla alınıb, radikal şəxslər ərazidən uzaqlaşdırılıb.

Dostunu mənə göstər, kim olduğunu deyim!

Vaşinqtondakı təxribatın qarşısnın alınmasından dərhal sonra ermənipərəst qüvvələr radikalların müdafiəsinə qalxıblar. İlk reaksuya isə ermənilərin ANCA təşkilatından gəlib.

Mühafizə olunan əraziyə daxil olmağa çalışan, qeyri-etik ifadələr səsləndirən radikalların məhz ermənilər tərəfindən müdafiə edilməsi məlum olaylarda kimin maraqlı olduğunu göstərir. ANCA-nın radikallarla bağlı verdiyi bəyanat sübut edir ki, anti-milli qüvvələrin bu davranışı yalnız və yalnız ermənilərin dəyirmanına su tökür. Elə bu səbəbdən də məhz onlar ABŞ qanunlarına meydan oxuyan, mənəviyyat tanımayan dağıdıcı davranışları müdafiə edir, bu təxribatda maraqlı olduqlarını əsla gizlətmirlər.

ANCA-nın ardınca Xocalı soyqırımını inkar edən, ölkəmizə qarşı 907-ci düzəlişin müəlifi olan Frenk Pallone də radikalların müdafiəsinə qalxıb ki, bu da məlum təxribatlarla ermənipərəst cəbhə arasındakı əlaqədən xəbər verir. “Dostunu mənə göstər, kim olduğunu deyim” məsəlində olduğu kimi, təxribatçıların ermənilər tərəfindən müdafiə edilməsi, onların xalqımızın tarixi düşmənləri ilə eyni maraqlara xidmət etdiyini göstərir.

Bu, yalnız Prezidentə deyil, bütün Azərbaycana edilən hücumdur!

Qeyd edək ki, təxribatçıların Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəmələri, habelə, dövlət rəhbərliyinin ünvanına səsləndirilən təhqirlər yalnız Müzəffər Ali baş Komandana edilən hücum deyil. Bu, bütün Azərbaycana, onun hər bir vətəndaşına edilən hücumdur. Çünki İlham Əliyevi prezident edən Azərbaycan xalqının verdiyi səs olub. O, bütün Azərbaycan xalqını, onun hər bir fərdini təmsil edir. Belə olan halda dövlət rəhbərliyinin ünvanına səsləndirilən hər bir həqarət, həm də xalqın ünvanına səsləndirilən təhqir deməkdir. Nə qanun, nə də əxlaq xalqı təhqir etməyə icazə vermir. Çünki xalq müqəddəsdir və o, hər zaman hər cür təhqirin, hər cür həqarətin fövqündədir.

Vaşinqton təxribatı ayıq və güclü olmağımızın zəruriliyinə sübutdur

Vaşinqtonda yaşanan təxribat və bu təxribatın qarşısının Prezidentin təhlükəsizlik xidməti tərəfindən qətiyyətlə alınması, ayıq və güclü olmağımızn nə qədər vacib, nə qədər həyati əhəmiyyət kəsb etdiyini sübut edir. Baş verən olay göstərir ki, anti-Azərbaycan qüvvələri hələ də öz məkirli niyyətlərində qərarlı, hələ də fəaldırlar. Buna görə də xalqımız hər zamankı kimi bu gün də təxribatçı qüvvələrdən özünü, dövlətini və Prezidentini qorumaq üçün həmrəy olmalı, birlik və bərabərlik sərgiləməlidir. Dövlət və xalq olaraq tərəqqi və təhlükəsizliyimizin başqa yolu yoxdur.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər