Bizi sosial şəbəkələrdən izləyin:
Tatarıstan Respublikasının paytaxtı Kazanda Ramazan ayı boyu 30 nömrəli marşrut üzrə bütün avtobuslar sərnişinlərə pulsuz xidmət göstərəcək.
Moderator.az xəbər verir ki, bu haqda "İslamnews" nəşri Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin rəsmi veb-saytına istinadla məlumat yayıb.
Bu cür xidmət respublikada ilk dəfə deyil ki, keçirilir. 2023-cü ildən bəri hər il Ramazan boyu belə bir xeyriyyə aksiyası təşkil edilir. 2023-cü ildə "Zəkat" Xeyriyyə Fondu tərəfindən təşkil edilən xeyriyyə aksiyasına təxminən 800, 2024-cü ildə təxminən 1000, 2025-ci ildə isə 1200 nəfər qatılıb. Fond bununla vətəndaşların diqqətini xeyriyyəçilik mövzusuna cəlb etməyə və onları xeyirxah əməllər etməyə təşviq etməyə çalışır.
Bundan əvvəl Saratov vilayətinin Balaşov şəhərində müsəlmanların Məhəmməd Peyğəmbər əleyhissəlamın doğum gününü qeyd etmək üçün pulsuz avtobus xidməti təqdim etdiyi də bildirilib.
S.Laçın