“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”
Ekskluziv
273
14:41, Bu gün

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

“Prezident İlham Əliyevin də iştirak etdiyi Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Münxendə verdiyi açıqlama və müsahibələr Azərbaycanın ənənəvi siyasi krusuna sadiq qaldığını göstərir:

“Azərbaycan hər zaman regionda və dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olub. Dövlətimizin Cənubi Qafqazda formalaşdırdığı de-fakto sülh şəraiti bu siyasətin ən bariz göstəricisidir.

Münxen sülh konfransında da Azərbaycan bütün dünyaya məhz bu msajları verdi. Dövlət başçısı İlham Əliyev media nümayəndələrinə verdiyi müsahibələrdə açıq şəkildə vurğuladı ki, uğur və tərəqqiyə gedən yol məhz sülh və əməkdaşlıqdan keçir.

Müzəffər Ali Baş Komandan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün atılması gərəkən addımlara da diqqət çəkdi. Prezident İlham Əliyev vurğuladı ki, rəsmi İrəvanla sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi, Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi vacibdir. Dövlət başçısı vurğuladı ki, əgər günü bu gün Ermənistan konstitusiyasında bu dəyişikliklər edilərsə, o zaman ertəsi gün sülh müqaviləsini imzalamaq mümkündür”.

Polkovnik Münxen zülh konfransında Azərbaycanın təhlükəsizlik məsələlərində qlobal miqyasda artan roluna da diqqət çəkdi:

“Məlum olduğu kimi, Azərbaycan uzun illərdir ki, Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropanın bir neçə ölkəsi Azərbaycandan neft-qaz məhsulları idxal edir ki, bu da həmin ölkələrin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Son illərin təcrübəsi göstərir ki, Azərbaycan beynəlxalq dəhliz və  nəqliyyat marşurutarının təhlükəsizliyinin təmini baxımından da böyük uğurlar əldə edib, bu müstəvidə qlobal miqyasdakı mövqeyini ciddi şəkildə möhkəmləndirib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi altında sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətini uğurla inkişaf etdirməkdə davam edəcək, yeni dostlar və tərəfdaşlar hesabına beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirəcək".

Seymur ƏLİYEV

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər