“ABŞ buna nail olana qədər Ukraynada müharibə dayanmayacaq...”
Ekskluziv
489
10:10, Bu gün

“ABŞ buna nail olana qədər Ukraynada müharibə dayanmayacaq...”

“Bir devalivasiya və yaxud sanksiya hakimiyyətdə olan zümrəni yerindən oynada bilər...”
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az-a növbəti maraqlı müsahibə verib.
 
(Əvvəli:burada)
 
-Aİ-nin zəifləməsi Çinin dünyanın üçüncü güc mərkəzinə çevrilməsinə, sizcə, hansı proseslər səbəb oldu?
 
-Fəlsəfənin maraqlı qanunu var: Dünyada və cəmiyyətdə baş verən bütün hadisələr bir-biri ilə əlaqəlidir. Tarazlıq bir tərəfdən pozulursa, digər tərəfdən, bərpa olunur. Fəqət, bərpa olunmadıqda xaosa çevrilir. Geo-siyasətdə də belədir: SSRİ-nin dağılması ABŞ iqtisadiyyatını yeni depressiya ilə üzləşdirdi. Bunun isə bir səbəbi vardı. Avropa İttifaqı lə Rusiyanın sıx iqtisadi əlaqələri bu ölkənin xammal bazasına çevrilməsi  Avropana  gün-gündən SSRİ kimi bir qüdrətli dövlətə çevirirdi. ABŞ sonuncu iqtisadi depressiyadan çıxmaq üçün Rusiya – Aİ əməkdaşlığına son qoymalı idi, yoxsa ABŞ SSRİ kimi dağılmalı idi. Ukrayna müharibəsinə qədər ABŞ-ın bəzi ştatları bu dövlətin tərkibindən çıxmaq haqqında qərarlar qəbul edirdilər...
 
Heç kimə sirr deyil ki, ABŞ dövlətçiliyini saxlamaq üçün  onun analitik mərkəzləri yüzlərlə layihələr  hazırlayıb prezidentin qarşısına qoyurdular ki, bu layihələrdə işlənmiş geo-siyasi addımlardan kənara çıxmamalıdır. Bunu da qeyd etməliyik ki, ABŞ prezidenti dövlət başçısı olsa da, onun əsas funksiyası Birləşmiş Ştatların qorunma mexanizmdən kənara çıxmamaqdır. Yəni ABŞ prezidenti  qəbul edilmiş qanunların və tövsiyələrin icraçısıdır və Senat, Konqres qarşısında hesabat verməlidir. ABŞ siyasətçiləri Rusiyanın Aİ-dan uzaqlaşdıqca, Çinlə daha yaxından əməkdaşlıq etdiyini görürdülər...
 
Çinin iqtisadı inkişafının əsasını isə Rusiyanın bu ölkə üçün xammal bazasına çevrilməsi ilə əlaqələndirirlər. Bununla belə, Avropa İttifaqını Rusiyanın enerji resurslarından  asılı vəziyyətə salmışdılar. Avropanın Rusiyadan bu asılılığını aradan qaldırıb, onu ABŞ-dan asılı vəziyyətə  salmaq üçün Baltik dənizindən keçən Rusiyanın qaz kəməri partladıldı... 
 
-Necə düşünürsüz, həmin kəmər kim tərəfindən partladıldı?
 
-“Kim tərəfindən” sualının cavabını hamı bilir. Kəmərin partladılması nəticəsində Avropanın aparıcı dövlətlərinin Rusiyanın neft və qazıyla işləyən sənayesi müflisləşməyə başladı. Yadınıza Almaniyanın maşınqayırma və avtomobil sənayesində baş verən prosesləri salın. “Folsfagen”, “Porşe”, “Opel” və s. tanınmış brendlərın bir çox zavod və sexlərini bağlayıb, istehsalın bəzi sahələrini resursuz qalıblar. 
Səbəbini Ukraynada gedən müharibədə görürlər, çünki  Avropaya Şərqdən gələn tranzit yollarını bağlanıb. Şərqlə Qərb arasında logistika dəyişib, tranzit xərcləri artıb... 
 
Çinlə Avropa arasında tranzit yollarının bağlanması oradan Aİ-yə  gedən sənaye sahəsi üçün göndərilən, cıhazlar, ehtiyat hissələri, avtomobil sənayesi üçün gətirilən maşın  detalları və s  yüklərin dənizlə göndərilməsi də Avropaya daha da başa gəlirdi. Bütün bunlar dünyanın ipini əlində saxlayan Avropanın iqtisadiyyatını gücdən salmaq üçün ABŞ-ın pərdəarxası siyasəti idi... 
 
Avropalılar indi Çinin yüklərini Aİ-yə daşımaq üçün daha sərfəli tranzit yollarına ümid edirlər. Aydındır ki, ortaya çıxmış Orta dəhliz, Şimal-Cənub, İpək yolu layihələri Aİ bütün məsələləri həll edirdi, hətta yüklərin İrandan keçməsinə də razıdırlar. Ancaq bu tranzitlərin logistikasına düşən ölkələr ABŞ-ın sanksiyalarından çəkinirlər və çəkinməyə də haqları vardır. Çünki bilirlər ki, bir devalivasiya və yaxud sanksiya hakimiyyətdə olan zümrəni yerindən oynada bilər... 
 
-Sizin sözlərinizdən belə çıxır ki, ABŞ və Aİ münasibətləri az qala müharibə həddinə çatıb. Bu mülahizələrinizi necə izah edərdiniz?
 
-Aİ ilə ABŞ arasında gedən gizli hibrid müharibəsi tranzit yollarının işləməsi ilə bağlıdır. Aİ-nın Qazaxıstanı “Orta dövlət ” kimi tanıması bu tranzitlərin işləməsinə böyük imkanlar yaradır.  Əlbəttə, ABŞ bunu görür və istəməzdi ki, Aİ yenidən dirçəlib güclənsin, yəni Şərqdən Qərbə gedən tranzitlər işləsin. Rusiya və Çin də bu tranzitlərin işləməsinin tərəfdarıdır. Dərinə getsək, Qazaxıstanın Prezidenti Tokayevin xarici siyasətinin strateji məqsədləri tranzitlərinin işləməsi üzərində qurulub.
Fikir verin, onun Avropanın aparıcı dövlətlərinə səfəri nəticəsində, Aİ Mərkəzi Asiya dövlətlərin vahid  tranzitdə birləşməsi üçün 14 milyard avro pul ayırdılar...
 
Maraqlısı budur ki, bütün tranzitlər Azərbaycandan keçməlidir; istər Şimal-Cənub, istərsə Orta dəhliz.  Odur ki, Zəngəzur dəhlizinin işləməsi vacib məsələlərdən birinə çevrilmişdir. Onu da qeyd etməliyik ki, tranzitin işləməsi Türkiyənin də iqtisadi marağındadır. Türkiyə ”Orta dövlət” statuslu ölkə olduğundan bu marşrutla istənilən yükü istənilən ölkəyə yönəldə bilər.  Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat” apardığından istehsal etdiyi yükləri nə Cənuba, nə də Qərbə göndərə bilir. Şimal-Cənub tranzitinin işləməsi onun da xarici ticarət məsələlərini həll edir. Əlbəttə ki, ABŞ prezidentinin sülhpərvər çıxışları belə düşünməyə vadar edir ki, Rusiya ilə Aİ arasında olan tranzit yollarının işləməsi üçün Ukraynada sülhü bərpa etmək lazımdır. Ancaq bunun mümkünsüzlüyünü qeyd etməliyik. Ukrayna müharibəsi hər şeydən əvvəl, ABŞ-ın ən önəmli geostrateji ssenarisidir və onun məqsədinin əsas xətti Aİ dağılması və ya gücdən düşməsidir. Gəlin razılaşaq ki, ABŞ buna nail olana qədər, müharibə dayanmayacaq...
 
Rusiya da eyni cür hərəkət edəcək. Konservasiyadan oyanmış hərbi sənaye kompleksi tam gücü ilə işlədiyindən və bu, Rusiyanı yenidən fövqəl dövlətlərdən birinə çevrilmək şansı yaratdığından Putin sülh yolunu seçməyəcək, çünki müharibə onun iqtisadi marağındadır...
 
-Aİ siyasətçiləri əvvəldən elə düşünürlər ki, Rusiya Ukraynada müharibə etməklə gücdən düşəcək. Buna necə baxırsız?
 
(Davamı var)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər