“1990-cı illərdə ABŞ-ın əlində Rusiyanı tamamilə parçalayıb çökürtmək imkanı ola-ola bunu niyə etmədi?..”
Ekskluziv
353
21:01, Bu gün

“1990-cı illərdə ABŞ-ın əlində Rusiyanı tamamilə parçalayıb çökürtmək imkanı ola-ola bunu niyə etmədi?..”

“V. Putin Yanukoviçi Rusiyaya qaçırtdı və Krımı ABŞ-ın gözü qabağında işğal etdi. ABŞ da buna mane olmadı...”
(1-ci hissə)
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az-a növbəti maraqlı müsahibə verib.
 
(Əvvəli: burada:)
 
-Tahir müıllim, məgər ABŞ və Aİ müttəfiq deyildi? Üstəlik, ən güclü hərbi ittifaq olan NATO-da birləşməyiblər? Niyə bu birliyi dağıtmaq istəsin? Maraqlıdır, bəs  necə?
 
-SSRİ dağılandan sonra bu günə qədər ABŞ dünyanın yeganə fövqəl dövləti olaraq qalır. Bununla belə, mono-qütblüyə qarşı ölkələr birliyi yaranmaqdadır və prosesin sonu onunla qurtaracaq ki, poli-qütblük yaranacaq, daha düzünü desək, yaranmaqdadır. Bu haqda sonra...  ABŞ-ın əlində oyuncaq olan Rusiya prezidenti Boris Yelsin vəzifədən  uzaqlaşdırılandan və dünya iqtisadiyyatındakı böhrandan sonra acınacaqlı siyasi və hala düşmüş ölkəni Vladimir Putinə ötürdülər. Dərinə getsək, elə ABŞ-ın əliylə. hakimiyyəti qəbul edəndə ölkə dağılmaq ərəfəsində idi... 
 
-Bəs niyə 1990-cı illərdə ABŞ-ın əlində Rusiyanı tamamilə parçalayıb çökürtmək imkanı ola-ola buna getmədi? Səbəb?
 
-Bu dağıntı SSRİ-nin dağıntısı kimi ABŞ üçün heç bir əhəmiyyət kəsb etmirdi. Nəticədə Avropa İttifaqı daha da güclənirdi. Rusiyadan ayrılacaq bütün  federativ respublikalar müstəqilliyini  əldə etmək üçün  öz resurslarını ya Avropaya, ya da Çinə göndərəcəkdilər və nəticədə avro dünyada əsas pul vahidinə çevriləcəkdi. ABŞ Putinə iqtisadi dayaq oldu və onun hakimiyyətinin  möhkəmlənməsinə mane olmadılar. ABŞ-ın Aİ-ni dağıtmaq və yaxud  gücdən salması üçün atdıqları ilk addım Rusiyaya qarşı sanksiyalar idi. Sanksiyaların  tətbiqinin geo-siyasi məqsədi  Rusiyanı Aİ-na düşmən etmək idi. ABŞ siyasətçiləri ilk növbədə insan hüquqları və demokratiya pərdəsi altında, eyni ilə NATO-nu Şərqə tərəf genişləndirməklə Rusiyaya hərbi təhdidin haradan gəldiyini Putinə başa saldılar. Rusiyanın özünü saxlamaq mexanizmi işə düşdü.  Bu isə ölkədə SSRİ-dın qalmış konservasiya olmuş silah istehsal edən hərbi sənaye komplekslərinin işləməsinə səbəb oldu.... 
 
Bundan əlavə, elə şərait yarandı ki, postsovet respublikalarını Rusiya üçün ərzaq və xammal bazasına çevirdilər, beləliklə Rusiyanın  Avropadan ərzaq asılılığını aradan qaldırdılar. Bizim opponentlər deyəcəklər ki, bu ola bilməz. Ancaq həqiqət başqadır. Bu günə qədər ABŞ-ın əli çatmayan dövlət yoxdur. Bütün proseslər ABŞ-ın analitik mərkəzlərindən idarə olunur və sonda elə həddə çatdırırlar ki, həmin proseslərin qalibi də elə bu dövlət olur. Bu, başqa mövzunun söhbətidir. Gəlin mövzumuza qayıdaq. Beləliklə, sanksiyalar nəticəsində Avropa dövlətləri Rusiyanı xammal bazası kimi itirdi və Aİ-ni onun  düşməninə çevirdilər...
 
ABŞ proteksionizmə qayıtmasaydı və ənənəvi siyasətini həyata keçirməsəydi, o, borc içində dağılmalı idi. Odur ki, Avropada müharibə olmalı və Aİ ABŞ-dan silah almaq məcburiyyətində qalmalı idi.
 ABŞ-ın xüsusi idarələri Ukrayna layihəsini işə saldılar. Ukrayna layihəsi də göz qabağındadır və Aİ-ni dağıtmaq və tamamilə ABŞ-dan asılı vəziyyətə salmaq üçün mövcud geo-siyasi ssenarilərdən biridir. Faktiki olaraq Ukrayna Aİ üçün silahlarını işə salmaq üçün hərbi poliqon idi və bu poliqonda silahlar atıldıqca Aİ ABŞ-dan asılı vəziyyətə düşürdü... 
 
Fikir verin, 2014-cü il Ukraynada rusiyayönümlü Viktor Yanukoviçin hakimiyyəti məsələsində Aİ-nin aparıcı dövlətləri və Rusiya Minskdə saziş bağladılar ki, o, hakimiyyətdə qalsın. Ancaq ABŞ xüsusi dairələrinin əliylə bu ölkədə dövlət çevrilişi edildi və  elə Rusiyanın əliylə də bu sazişi pozdular. 
Yəni V. Putin Yanukoviçi Rusiyaya qaçırtdı və Krımı ABŞ-ın gözü qabağında işğal etdi. ABŞ da buna mane olmadı...
 
-Niyə? Axı bu, kor-kor-gör-gör işğal idi... 
 
-Elədir. Ancaq başqa həqiqət var. Ukrayna layihəsinin mahiyyəti ondan ibarətdir ki, Aİ ABŞ-dan asılı vəziyyətə düşsün. Krımın  zəbti Aİ-ni qorxutmalı və ABŞ-dan asılı vəziyyətə salmalı idi. Bu belə də oldu. Aİ ABŞ-dan yeni texnoloji silahlar almaqla və  Ukraynaya silah verməklə, Rusiyanın düşməninə çevrildilər. Qərbin təhdidini görən Rusiya da öz hərbi sənaye komplekslərini işə saldı və Ukraynadan yeni ərazilər qoparmaq üçün açıq müharibəyə keçdi. ABŞ kimi iqtisadiyyatını müharibə yolu ilə bərpa etdi və aqressiv bir dövlətə  çevrildiyindən başqa ölkələrdən onun siyasi iradəsi ilə davranmağı tələb etməyə başladı...
 
İndi daha dünya iki düşərgəyə bölünməkdədir. Digər tərəfdən, iqtisadi sıçrayışla Çin də qüdrətli dövlətə çevrilməkdə və onun ətrafında Üçüncü güc mərkəzi də formalaşmaqdadır. 
 
(Ardı var)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər