İham Əliyev elan etdi: Nürnberq əfv etmədi, Bakı da etməyəcək! – TƏHLİL!
Ekskluziv
544
17:06, Bu gün

İham Əliyev elan etdi: Nürnberq əfv etmədi, Bakı da etməyəcək! – TƏHLİL!

Prezident İlham Əliyev 13 fevral 2026-cı il tarixində  “France 24” telekanalına müsahibəsində 2023-cü ilin anti-terror əməliyyatı nəticəsində ələ keçirilən və Bakıda məhkəmə qarşısına çıxarılan erməni separatçıları ilə bağlı çoxsaylı sualları cavablandırıb.

Öncə erməni separatçılarını məsum, günahsız adamlar kimi təqdim etməyə çalışan fransız jurnalistə onların törətdiyi ağır cinayətlər haqqında məlumat verən İlham Əliyev, sözügedən şəxslərin heç də əbəs yerə həbs edilmədiyini xatırladıb.

Bunun ardınca separatçıların əfv edilməsinin mümkünlüyü ilə bağlı telekanal əməkdaşının israrlı suallarına qətiyyətlə “yox” deyən dövlət başçısı, hər hansı bağışlanılmanın mümkün olmadığını bildirib.

Prezident İlham Əliyev bir kəs daha bütün dünyanın gözü önündə bəyan edib ki, erməni faşizmi alman faşizmindən daha qəddar, amansız və anti-insani mahiyyətə malikdir. Nürnberq məhkəməsinin qərarı ilə alman faşistlərinin ölüm hökmünə məhkum edildiyinə diqqət çəkən dövlət başçısı, o zaman da faşistlərin haqlı olaraq əfv edilmədiyini qeyd edib. Prezident İlham Əliyev sözlərindən məlum olub ki, Nürünberq kimi Bakı da faşistləri əfv etmək niyyətində deyil və belə bir əfv sadəcə mümkünsüzdür.

Xatırladaq ki, bir neçəsi ömürlük həbs cəzası alan erməni separatçılarının xalqımıza qarşı ağır cinayətlər törətməsi ilə bağlı yüzlərlə şahid ifadəsi, sübut və fakt mövcuddur. Bundan başqa, separatçılar törətdikləri cinayəti qismən və ya tamamilə etiraf edib ki, bu da onlara qarşı irəli sürülən iddiaların, həmçinin onlara verilən cəzaların tamamilə əsaslı olduğunu göstərir.

İlham Əliyevin “France 24” telekanalına separatçılarla bağlı verdiyi açıqlamadan çıxarılması gərəkən başqa nəticə də var. Dövlət başçısı separatçıların heç bir halda azad edilməyəcəyini bildirməklə bütün dünyaya, xüsusilə də ermənipərəst güclərə aydın bir mesaj verdi: Azərbaycan bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də ona edilən heç bir təzyiqə boyun əyməyəcək, verdiyi qərarın arxasında duracaq!

İlham Əliyevin verdiyi bu mesaj göstərir ki, 44 günlük Vətən müharibəsində hərb meydanında yüksələn “Dəmir yumruq”, bu gün diplomatiya meydanında anti-Azərbaycan qüvvələri ilə mübarizədə də eyni əzəmətlə ucalmaqda, milli maraqlarımızı qətiyyətlə müdafiə etməkdədir. Heç nədən qorxmadan, heç kimdən çəkinmədən...

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər