Rusiya və ABŞ dünyanı hara sürükləyirlər?- “Rəhmətlik Lenin deyirdi ki...”
Ekskluziv
605
18:08, Bu gün

Rusiya və ABŞ dünyanı hara sürükləyirlər?- “Rəhmətlik Lenin deyirdi ki...”

“Baş verən müharibələrin arxasında konkret  güclü dövlətin iqtisadi maraqları durur. Müharibə onun varlanması üçün yeganə amildir...”
 
“SSRİ-nin dağıdılması Avropanın iqtisadi marağında olduğu halda, ABŞ-ın marağında deyildi. O dövrün ABŞ prezidentlərinin SSRİ-nin dağılması ilə bağlı yazılarında və çıxışlarında bu öz əksini tapmışdır...”
 
(1-ci hissə)
 
Siyasi analitik Tahir Cəfərli dünyada baş verən hərbi-siyasi proseslərlə bağlı Moderator.az-a fərqli baxışlarla müşayiət olunan növbəti maraqlı müsahibə verib.
 
-Tahir müəllim, siz həmişə geosiyasi münaqişələrin arxasında konkret iqtisadi maraqların durduğunu deyirsiniz. İndiki dövrdə ABŞ və İran qarşıdurmasının iqtisadi əsasları nədir?
 
-Həqiqətən belədir. Biz  həmişə çalışmışıq ki, baş verən siyasi hadisələrə iqtisadi nöqteyi-nəzərdən yanaşaq. Ancaq belə olduğu halda  baş verən hadisələrə obyektiv qiymət vermək olar. Rəhmətlik Vladimir İliç Lenin deyirdi ki, baş verən müharibələrin arxasında konkret  güclü dövlətin iqtisadi maraqları durur. Müharibə onun varlanması üçün yeganə amildir...
 
-Siz bunu nə ilə izah edə bilərsiniz?
 
-Çox sadə. Gəlin yaxın keçmişimisə qısa səyahət edək. Anlamalıyıq ki, geo-siyasi məkanda baş verən ciddi hadisələr ölkələrin  istər iqtisadi və siyasi rıçaqlarına ciddi təsir göstərir. Bir ölkə başqa ölkənin iqrtisadi imkanlarını heç etməklə özü varlanaraq güclənir. Gəlin SSRİ-nin dağıdılmasını götürək. Bütün dünyaya aydın oldu ki, SSRİ-nin dağıldılmasına sanksiya verən İngiltərənin Baş naziri “Dəmir ledi”  Marqarit Teççer olub...
 
SSRİ-nin dağıdılması Avropanın iqtisadi marağında olduğu halda, ABŞ-ın marağında deyildi. O dövrün ABŞ prezidentlərinin SSRİ-nin dağılması ilə bağlı yazılarında və çıxışlarında bu öz əksini tapmışdır. Yadınıza prezident Reyqanın və Buşun SSRİ-yə göndərdiyi “toyuq budları”(“Buşun ayaqları) salın”. Bununla o, SSRİ-də ərzaq çatışmazlığının qarşısını alırdı, çünki SSRİ-nin dağılmasının ABŞ-a mənfi təsir göstərəcəyini ABŞ-ın analitik mərkəzləri görürdülər...
  
-SSRİ dağılandan sonra iqtisadi məkanda baş verənləri necə şərh edirsiniz?
 
-Avropa ölkələri ilə Rusiya arasında müharibə təhlükəsi aradan qaldırıldı və bu ölkələr ABŞ-dan  silah alışını, demək olar ki, heçə endirdilər. Postsovet respublikaları, başda Rusiya olmaqla Avropanın xammal bazasına çevrilmişdi. ABŞ və Rusiya iqtisadiyyatının əsası olan hərbi sənaye kompleksləri tamlığı ilə sıradan çıxmağa başlamışdı. ABŞ-ın silah istehsal edən sənaye nəhəngləri öz istehsalatının dayandırdığından ABŞ ın nəhəng sənaye şəhərləri boşalmağa başlamışdı. Gəlin bir nümunə kimi ABŞ-ın ən böyük sənaye şəhərindən biri  Detroiti götürək. Trampın birinci seçkisinə qədər bu şəhərin 6 milyon əhalisindən işsizlik nəticəsində 300 min qalmışdı. Rusiya və postsovet respublikalarının da sənaye müəssisələrin də, tamlığı ilə dayanmışdı. Təkcə Aİ-ından başqa. SSRİ dağılandan sonra güclü iqtisadi təkanla inkişaf etməyə başladı. Belə getsəydi,  Aİ dünyanın taleyini həll edəcək güclü  fövqəldövlətə çevrilib ABŞ-ı  ayaqlayıb keçəcəkdi...
 
-Bəs nə oldu?
 
-Bunları görən ABŞ-ın praqmatik siyasətçiləri bu inkişafın qarşısını almalı idilər. XX əsrin sonunda daha doğrusu, 1998-ci il dünya iqtisadi böhranından sonra, ABŞ analitikləri anladılar ki, Aİ-nı gücdən salmasalar və yaxud dağıtmasalar, bu birlik ABŞ-ın bir nömrəli rəqibinə çevriləcəkdir. ABŞ-ın bütün analitik dairələri Aİ-ın dağıtmaq  və yaxud gücdən salmaq üçün yüzlərlə  layihələri mövcuddur, Bu mövzuda analitik məqalələrin sayı Aİ-nin  “yevro” ya keçəndən sonra daha da artmışdı və ABŞ analitikləri bu haqda daha açıq danışırlar və Qədim dünyaya düşmən gözüylə baxırdılar. Mövzunun açıqlığı Aİ liderlərinin gözündən  də qaçmırdı. Yadınıza o dövrdə Almaniyanın kansleri Şröderin bununla bağlı “İnterneşnl politikdə” verdiyi məşhur intervüsünü salın. Şroder deyirdi: “Bu saat biz istəsək də, istəməsək də, Köhnə dünya Yeni dünyanın rəqibinə çevrilmişdir.  Daha ABŞ-ın Senat və Konqresindən açıq Aİ qarşısına təhdidlər eşidilir” Bu təhdidləri təhlil edən Şröder, XX1 əsrin əvvəlindən başlayaq ABŞ-ın Aİ dağıdacağı ilə bağlı maraqlı fikirlər demişdir. 
 
-Məgər ABŞ və Aİ müttəfiq deyildi? Üstəlik, ən güclü hərbi ittifaq olan NATO-da birləşməyiblər? Niyə ABŞ bu birliyi dağıtmaq istəsin? Maraqlıdır, bəs  necə?
 
(Davamı var)
 
Link kopyalandı!
Son xəbərlər