Zelenski:
Ekskluziv
1290
16:16, Bu gün

Zelenski: "Orban öz ordusunu deyil, öz qarnını necə böyütmək barədə düşünür..."

Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanı açıq şəkildə lağa qoyub.
 
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında danışıb.
 
Onun sözlərinə görə, Avropa cəbhəsini ukraynalılar saxlayır. Onları müstəqil Polşa və azad Baltikyanı ölkələr dəstəkləyir. Və ukraynalıların sayəsində Orban "öz ordusunu deyil, öz qarnını necə böyütmək" barədə düşünür.
 
"Avropa cəbhəsini ukraynalılar saxlayır. Müstəqil Polşa və azad Baltikyanı ölkələr xalqımızın arxasında dayanır. Suveren Moldova və Rumıniya diktaturasız mövcud ola bilər. Hətta təkbaşına "Viktor" da öz ordusunu necə qurmaq, Rusiya tanklarının Budapeşt küçələrinə qayıtmasının qarşısını almaq barədə deyil, öz qarnını necə böyütmək barədə düşünə bilər", - deyə Zelenski bildirib.
Link kopyalandı!
Son xəbərlər