Epşteynin cəsədinin yarılmasında iştirak etmiş həkimdən şok açıqlama:
Ekskluziv
314
07:51, Bu gün

Epşteynin cəsədinin yarılmasında iştirak etmiş həkimdən şok açıqlama:"İntihar etməyib!.."- "RADAR ONLİNE"

Dünyadakı hərbi-siyasi proseslərə xeyli müdaxilə edə bilmiş super-dələduz və əxlaqsız milyarder kimi ad çıxarmış Ceffri Epşteynin cəsədinin yarılmasında iştirak etmiş məşhur məhkəmə patoloqu Maykl Baden milyarderin ölümünün intihar nəticəsində olmaya biləcəyini iddia edib.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "Radar Online"-ın məlumatına görə, Maykl Baden Epşteynin dəmir barmaqlıqlar arxasında olarkən özünü öldürə bilməyəcəyinə əmindir və yenidən məhkəmə araşdırması tələb edir.
 
Patoloq-anatom qalmaqallı milyarderin qardaşı tərəfindən cəsədi müayinə etmək və Epşteynin əsil ölüm səbəbi ilə bağlı qərar vermək üçün işə götürülüb. Baden prosedur zamanı orada olub və müşahidələri onu milyarderin "boğulmuş ola biləcəyi" qənaətinə gətirib çıxarıb.
 
Nəşrin məlumatına görə, Maykl Baden Nyu-York Dövlət İslah Tibbi Şurasında məhkəmə patoloqu kimi 50 illik təcrübəyə malikdir. O, yüzlərlə həbsxana intiharını araşdırıb və Epşteynin işini "tamamilə qeyri-adi" özünəqəsd hesab edir.
 
Həkim qeyd edib ki, "Mənim fikrimcə, onun ölümünə çox güman ki, asılmadan daha çox boğulma səbəb olub".
 
Baden yarılmada birbaşa iştirak etməsə də, Epşteyn ailəsi tərəfindən müşahidəçi kimi, zəruri hesab etdiyi əlavə kəsiklər və ya testlər üçün həkimdən bunu tələb etmək hüququna malik idi. Əldə etdiyi məlumatların araşdırma üçün daha çox vaxt tələb etdiyinə inansa da, Dr. Barbara Sampson müayinədən cəmi bir həftə sonra milyarderin həqiqətən intihar etdiyini açıqlayıb.
 
Patolog 2023-cü ildə Tibbi Baxış Şurasındakı vəzifəsindən istefa verib. Lakin, Epşteynin işi ilə bağlı hazırda açıqlanan detallar onu ölümünün səbəbləri ilə bağlı istintaqı yenidən nəzərdən keçirməyə sövq edib.
 
Qeyd etmək lazımdır ki, Epşteynin əslində fərqli şəraitdə öldüyünü göstərən məlumatların internetdə yayıldığı ilk hal deyil. "Daily Mail" bu yaxınlarda milyarderin ölüm gecəsi naməlum bir şəxsin həbsxana kamerasına girməsi səbəbindən rəsmi versiyaya ciddi şübhə ilə yanaşdığını bildirib.
 
 
Link kopyalandı!
Son xəbərlər