“Azərbaycan əbədi sülh və əməkdaşlıq ölkəsi olacaq”
Ekskluziv
242
13:31, Bu gün

“Azərbaycan əbədi sülh və əməkdaşlıq ölkəsi olacaq”

Məşhur Məmmədov: “Prezident İlham Əliyevin yürütdüyü siyasət buna hesablanıb”

“Azərbaycan sonsuza qədər sülh və əməkdaşlıq ölkəsi olacaq”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşur Məmmədov bildirib. Millət vəkli qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin apardığı siyasət bütün dünyda böyük diqqət və təqdir qazanmaqdadır:

“44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında regionda uzunmüddətli və etibarlı sülhə nail olmaq üçün çox böyük diplomatik səy ortaya qoydu, sözün həqiqi mənasında əsl fədakarlıq sərgilədi.

Məhz Müzəffər Ali Baş Komandanın yürütdüyü sülh siyasətinin  nəticəsdir ki, 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması reallaşdı. Bununla da sülh yolunda mühüm, əsaslı bir addım atılmış oldu.

Bir müddət öncə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin, ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfərləri, bu səfərlər zamanı iki dövlət arasında əldə edilən razılaşmalar, səsləndirilən bəyanatlar  bir daha sübut edir ki, Azərbaycan bütün regionda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Hansı ki, dünyanın ən böyük güc mərkəzləri də bu məsələdə Azərbaycanla hesablaşır, onun strateji rolunu etiraf edirlər.

Prezident İlham Əliyev cari ilin 9 fevralında ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinlə göğrüşü zamanı bir daha Azərbaycanın dövlət siyasətinin mahiyyətini açıq şəkildə ortaya qoydu. Dövlət başçısı bildirdi ki, “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”.

Dövlət başçısının bu açıqlaması bir daha sübut edir ki, Azərbaycan bu gün olduğu kimi gələcəkdə də sülh və əməkdaşlıq prinsiplərinə sadiqlik nümayiş etdirəcək, atdığı bütün bu addımlarda məhz bu amilləri nəzərə alacaq. Bu isə yalnız ölkəmizdə deyil, bütün regionda sürətli inkişaf və tərəqqi üçün ciddi, sitimulverici zəmin formalaşdıracaq ki, bu da müharibə və qarşıdurmalardan əziyyət çəkən dünyamız üçün nadir və təşviqedici nümunə olacaq”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər