ABŞ vitse-prezidenti gecə İrəvandan haraya uçdu?..- Elxan Şahinoğlu nə deyir?..
Ekskluziv
217
11:55, Bu gün

ABŞ vitse-prezidenti gecə İrəvandan haraya uçdu?..- Elxan Şahinoğlu nə deyir?..

Xəbər verildiyi kimi, ABŞ vitse-prezidenti Cey Di Vens gecə saatlarında İrəvandan ayrılıb. Belə ki, İrəvan və Bakı vaxtı ilə 10 fevrala keçən gecə saat 00:06 radələrində Paşinyanın xanımı Anna Akopyanın baş redaktoru olduğu “Haykakan Jamanak” qəzetinin telegram-kanalında yayılan video- görüntülərə əsasən Nikol Paşinyan Vensi yola salır. Lakin indiyədək ABŞ vitse-prezidentinin təyyarəsinin Bakıya enməsi barədə məlumat verilməyib. Bəs Vens İrəvandan haraya yola düşüb.     
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu ilə Moderator.az üçün telefon söhbətimizdə də danışdıq:
 
-Elxan bəy, ABŞ vitse-prezidentinin təyyarəsinin Bakıya enib-enməməsi haqda məlumatınız yoxdur ki? 
 
-Bu barədə məlumatım yoxdur. Amma proqrama görə, Cey Di Vens bu gün axşama doğru Bakıda olmalıydı. Yəni artıq iki günə yaxın İrəvanda idi. Ancaq təyyarəsinin Azərbaycan paytaxtına enib-enməməsi ilə bağlı dəqiq məlumatım yoxdur. 
 
-ABŞ-ın bu yüksək çinli rəsmisinin İrəvan səfəri barədə nə deyə bilərsiz? 
 
-Vensin İrəvan səfərinin şərh etmək üçün gərək Bakıdakı görüşlərin nəticələrini görək ki, müqayisəli təhlil edək.  İndi hələlik məlum olan odur ki, Amerika tərəfindən Ermənistanda böyük dəyərli, təxminən 9 milyard dollarlıq civarında modul tipli atom elektrik stansiyalarının inşası planlaşdırılır. Bu da, şübhəsiz ki, Rusiyanın maraqlarına toxunan bir məsələdir. Həmçinin, Ermənistana dronlar verildiyi haqda da məlumatlar verilib. Amma bu məsələlərin ciddi şəkildə araşdırılmağa ehtiyacı var. İndi görək cənab Vens  Azərbaycana hansı təkliflərlə gəlib...  
 
-Artıq Rusiyadan da Vensin İrəvanda nüvə enerjisi ilə bağlı imzaladığı sazişlə bağlı bəyanatlar səslənib...
 
-Hesab edirəm ki, Rusiya tərəfi hələlik bu prosesləri izləyir. Yəqin ki, Cey Di Vensin Bakıya səfərinin nəticələrini də nəzərə alaraq bir sıra məsələlərə konkret münasibət bildirəcəklər.  Bütün hallarda Moskvadan ABŞ vise-prezidentinin səfəri əleyhinə bəyanat veriləcəyi ehtimalı azdır, çünki bu, Tramp ilə münasibətlərini gərginləşdirə bilər. Ona görə də, ehtiyatlı bir mövqedən çıxış edəcəklər... 
 
-Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin məsələyə yumşaq formada reaksiya ifadə edib. O birbaşa amerikanları tənqid etmir, sadəcə deyir ki, guya Rusiya energetika sahəsində Ermənistan üçün daha faydalıdır. Amma Kreml anlamalıdır ki, artıq qatar gedib- Rusiyanın bölgədəki təsir imkanları azalıb...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər