Rusiyanın bu şəhərində zəlzələ oldu...-Elə bildilər Ukrayna raket atıb...+VİDEO
Ekskluziv
868
10:10, Bu gün

Rusiyanın bu şəhərində zəlzələ oldu...-Elə bildilər Ukrayna raket atıb...+VİDEO

Yerli vaxtla gecə saat 02:00(Bakı- 03:00)  radələrində  Rusiyanın Krasnodar diyarında orta güclü yeraltı təkanlar hiss olunub. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Rusiyanın rəsmi saytlarının yaydığı məlumata görə, zəlzələnin episentri Novorossiysk şəhərindən təxminən 30 km məsafədə olub. 
 
Bildirilir ki, bu, orta dərəcəli zəlzələ olub və Rixter şkalası üzrə təxminən 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
 
"Fokus" qeyd edir ki,  vaxtaşırı Ukrayna dəniz qüvvələrinin dronları və raketləri tərəfindən hücuma məruz qalan Novorossiysk hərbi dəniz bazası zəlzələ episentrinə yaxın ərazidə yerləşir.
 
Yerli sakinlərin paylaşdığı videolarda çatlamış tavanlar və dağılmış divar suvaqları görünür.
 
Məlumata görə,  Rusiya sakinləri elə hesab edirlər ki, Ukrayna hərbi qüvvələrinin əraziyə mümkün raket zərbələri səbəb olub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər