Rusiya məhkəmələri İslam rəmzlərini təhqir edən onlarla veb-saytı blokladı...- Müsəlmanlara sevgidənmi?..
Ekskluziv
214
07:07, Bu gün

Rusiya məhkəmələri İslam rəmzlərini təhqir edən onlarla veb-saytı blokladı...- Müsəlmanlara sevgidənmi?..

“Belə qərarlar Rusiya dövlətinin İslama, müsəlmanlara sevgisindən yox, İran lideri Xamenei kimi totalitar, avtoritar, diktator müsəlman dövlət başçılarına siyasi maraqlar baxımından bağlılığından irəli gəlir...”
 
Moskva məhkəmələri İslam simvollarını təhqir edən və alçaldan materiallar yerləşdirən onlarla veb-saytı bloklayıb.
 
Moderator.az xəbər verir ki,  bu haqda "REN TV" məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
 
Hesabatda izah olunur ki, "Resurslarda İslam dininə etiqad edənlərin hisslərini təhqir edən publik pornoqrafik şəkillər var idi". Qeyd olunur ki, sözügedən veb-saytlara yaş məhdudiyyəti də daxil olmaqla heç bir giriş məhdudiyyəti qoyulmayıb.
 
Ötən payız Moskva məhkəmələri xristian simvollarını təhqir edən 30-dan çox veb-saytın bloklanmasına icazə verib. Nalayiq materialların arasında xaç təsvirli intim səhnələrin foto və videolarının olduğu göstərilib.
 
Rusiya qanunvericiliyində dini və ya liturgik ədəbiyyatın və dini ibadət əşyalarının qəsdən ictimai şəkildə təhqir edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin cinayət məsuliyyəti dindarların dini hisslərini təhqir etmək məqsədi ilə törədilən ictimai hərəkətlərə də şamil edilir (Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsi).
 
Xatırladılır ki, daha əvvəl bir neçə Rusiya təşkilatı İranın ali dini lideri Əli Xameneini təhqir edən videonun Azərbaycan mediasında dərc olunmasını pisləyib.
 
P.S. Rusiya məhkəmələrinin sözügedən qərarları bu dövlətin İslama, müsəlmanlara sevgisindən yox, İran lideri Xamenei kimi totalitar, avtoritar, diktator müsəlman dövlət başçılarına siyasi maraqlar baxımından bağlılığından irəli gəlir...
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər