"Televizora baxan insan gülür, ağlayır və sair. Onu ağladan və ya güldürən nədir - maddə- materiya? Xeyr! Çünki deyilən halda materiyadan insana heç bir təsir olmaylb. Bəs bu hərəkətlər kimə məxsusdur? Əlbəttə ki, ruha..."
Moderator.az bir sıra oxucuların maraqlarını nəzərə alaraq "Islam-Today" nəşrində dərc olunmuş "İnsan ruhunun mövcudluğunu sübut edən 8 DƏLİL..." başlıqlı ruhi-mənəvi mövzuda növbəti yazının tərcüməsini təqdim edir:
Uca Allahı inkar etmək xətasına düşənlər, nəticədə ruhun varlığını inkar edirlər. Çünki ruhun varlığı qəbul edilirsə, onu yaradan Allahın da varlığı qəbul edilməlidir. Buna görə də ruhun varlığının sübutu da Allahın varlığını sübut edir. İndi isə ruhun varlığının sübutlarını təqdim edək:
1) Əgər bir insanın beynində barmağın hərəkətini idarə edən siniri stimullaşdırsanız, həmin barmaq hərəkət etməyə başlayacaq. Lakin həmin barmaq heç vaxt düyməni bağlaya bilməyəcək. Çünki düyməni bağlamaq mürəkkəb bir hərəkətdir. Və bu hərəkəti bir və ya digər siniri stimullaşdırmaqla yerinə yetirmək mümkün deyil. Buna görə də, beyin barmaqların düyməni bağlamasına səbəb olmursa, o halda nə olur? Əlbəttə ki, ruh...
2) Maddəni hərəkətə gətirmək üçün onu başqa bir maddə stimullaşdırmalıdır. Məsələn, televizora baxan insan gülür, ağlayır və sair. Onu ağladan və ya güldürən nədir - maddə- materiya? Xeyr! Çünki deyilən halda materiyadan insana heç bir təsir olmaylb. Bəs bu hərəkətlər kimə məxsusdur? Əlbəttə ki, ruha...
3) Hər bir normal insanın beyni eyni şəkildə fəaliyyət göstərir. Buna baxmayaraq, insanlar fikir ayrılığına düşürlər. Bu fikir ayrılıqlarının səbəbi nədir? Səbəb hər bir insanın özünəməxsus bir ruha sahib olmasıdır. Əgər düşüncə yalnız beynin funksiyası olsaydı, onda hər kəs eyni cür düşünərdi. Çünki maddənin, materiyanın xüsusiyyətləri dəyişməzdir...
4) Hətta elmin də tanıdığı telepatiya ruhun varlığından başqa heç nə ilə izah edilə bilməz. Bir-birindən çox uzaqda yerləşən iki insan arasındakı əlaqəni başqa necə izah etmək olar?..
5) Yuxular da ruhun varlığının sübutudur. Çox vaxt yuxuda gördüklərimizin eyni gün və ya bir az sonra başımıza gəlməsi halları olur. Bu bilik ruhun gizli dünyaya yaxınlaşması ilə əldə edilir. Əgər ruhun varlığını qəbul etməsək, bunu necə izah edə bilərik?..
6) İnsanlar mərhəmət, səxavət, cəsarət, bilik və sair kimi keyfiyyətlərə malikdirlər. Bəziləri üçün bu keyfiyyətlər dəniz kimidir, digərləri üçün isə damla kimidir. Əgər bu keyfiyyətlər maddənin keyfiyyətləri olsaydı, bütün insanlar onlara eyni dərəcədə sahib olardılar. Materiyanın xüsusiyyətləri sabit olduğundan bu keyfiyyətlər ruhun keyfiyyətləridir...
7) Zövq və ağrının iki mənbəyi var. Birincisi, bədən (fiziki) zövq və ağrıdır. İkincisi, ruhi-mənəvidir. Məsələn, insan uzun müddətdir görmədiyi bir dostu ilə görüşəndə zövq alır. Bu, ruhi zövqdür. Həmçinin deyilir: "Qılıncın vurduğu yaralar sağalacaq, amma dilin vurduğu yaralar heç vaxt sağalmayacaq". Dil ruhi-mənəvi yaradan başqa hansı yaraya səbəb ola bilər ki?..
8) Maddənin, materiyanın təbiətində iradə yoxdur. Halbuki insanlar limitsiz sayda könüllü hərəkətlərə malikdirlər. Və bu könüllü hərəkətlərin mənbəyi maddə deyil, ruhdur..."
Tərcümə və təqdim etdi:
Sultan Laçın