“Rusiya Cənubi Qafqazdan əl çəkmək istəmir...”
Ekskluziv
362
18:40, Bu gün

“Rusiya Cənubi Qafqazdan əl çəkmək istəmir...”

“Rusiyanın Ermənistanda yeni nüvə enerji bloku tikmək niyyəti onun Cənubi Qafqazdan əl çəkmək istəmədiyini göstərir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərinin gərgin olduğu bir zamanda tərəflərin bu cür həssas məsələdə əməkdaşlıq niyyəti maraq doğurur:

“Bildiyiniz kimi, bəlli bir müddətdir ki, Rusiya ilə Ermənistan arasında ciddi gərginlik var. Tərəflər zaman-zaman bir-birlərinin ünvanına ciddi ittihamlar səsləndirir. Lakin buna baxmayaraq, bəzi hallarda biz onlar arasıdna əməkdaşlıq istəklərini müşahidə edirik. Ermənistanda yeni nüvə enerji blokunun inşa edilməsi istiqamətində aparılan danışıqlar bunu sübut edir.

Bu fakt bir daha göstərir ki, Rusiya Cənubi Qafqazı itirmək istəmir və bu səbəbdən də hansı yolla olursa-olsun, regiondakı mövcudluğunu qoruyub saxlamağa çalışır”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər