“Abbasqulu Ağa Bakıxanovun şəcərəsindən olduğum üçün fəxr edirəm, 3 əsrdir Azərbaycana xidmət edirik”-FOTO+ÖZƏL
Ekskluziv
1925
18:43, Bu gün

“Abbasqulu Ağa Bakıxanovun şəcərəsindən olduğum üçün fəxr edirəm, 3 əsrdir Azərbaycana xidmət edirik”-FOTO+ÖZƏL

“Biz musiqinin içində böyümüşük. Musiqi, incəsənət bizim qanımıza, canımıza hopub. Atam Əhməd Bakıxanov “Xalq çalğı alətləri” ansambılının bədii rəhbəri idi. Tofiq Quliyev həmişə deyirdi ki, “Tofiq Bakıxanov xoşbəxt bəstəkardır, ona görə ki, onun müəllimi dünya şöhrətli Qara Qarayev, rektoru isə Üzeyir Hacıbəyov olub. Bunlara baxanda biz Tofiqdən daha çox şey gözləyirik”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli, professor, görkəmli bəstəkar Tofiq Bakıxanov deyib. O daha sonra Üzeyir Hacıbəyli ilə tanışlığından da danışıb:


“Üzeyir Hacıbəyli bizim qonşuluğumuzda yaşayırdı. Ailəvi get-gəlimiz var idi. Atamla da dostluq ediridi. Məni Üzeyir Hacıbəyov tanıyırdı, istedadıma da bələd idi. Onun təşəbbüsü ilə məni konservatoriyanın nəzdində 10 illik musiqi məktəbinə qəbul etdilər. Oranı mən skripka sinifi üzrə bitirdim. 1948 ildə oranı bitirəndən sonra Üzeyir Hacıbəylinin 60 illiyində də iştirak etmişəm. Məni Üzeyir Hacıbəyli qiymətləndirib.  Xoşbəxtliyim ondadır ki, Qara Qarayevin sinfində oxumuşam. Bakıda həmişə mənim birinci dinləyicim ya Qara Qarayev olurdu, ya da Tofiq Quliyev. Mən məhz müəllimim Qara Qarayevin tövsiyyəsi və məsləhəti ilə balet yazmışam. “Xəzər” balladası baleti məhz bu qəbildəndir. Ondan sonra “Şərq” baletini, daha sonra isə “Xeyir və Şər” baletini yazdım” deyə görkəmli bəstəkar bildirib.


Tofiq Bakıxanov Abbasqulu Ağa Bakıxanovun şəcərəsindən olduğunu bildirib:


“Bizim nəsil 3 əsrdir Azərbaycan xalqına xidmət edir. Bakıda ilk xan Dəryaqulu xan olub. O Abbasqulu Ağa Bakıxanovun babası hesab edilir. Abbasqulu ağa Bakıxanov da 7 yaşına kimi Əmircanda böyüyüb. Atasının dayısı Fətəli xan onları Qubaya dəvət edib. İndi də Qubanın Əmsar kəndində onun ev muzeyi var.

Abbasqulu Ağa Bakıxanovun şəcərəsindən olduğuma görə özümü xoşbəxt hiss edirəm” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər