“Türkiyə güneyli soydaşlarımıza təhlükə yarada biləcək “PJAK” terrorçularına qarşı lazımi tədbirləri həyata keçirir...”
Ekskluziv
727
16:56, Bu gün

“Türkiyə güneyli soydaşlarımıza təhlükə yarada biləcək “PJAK” terrorçularına qarşı lazımi tədbirləri həyata keçirir...”

“Amma bilmək lazımdır ki, İran ərazisinə ordu yeritmək o qədər də sadə məsələ deyil...”
 
“İrandakı soydaşlarımızın həm dövlət, həm də ordu içərisində, eyni zamanda hüquq-mühafizə orqanlarında mövqeləri güclüdür və özlərini müdafiə etmək iqtidarındadırlar...”
 
“Ümumiyyətlə, Azərbaycan İranda baş verə bilən və biləcək hadisələrə bir dövlət kimi hazır olmalıdır. Həm orada yaşayan soydaşlarımızın təhülkəsizliyi baxımından, həm də qonşu ölkədə genişmiqyaslı hərbi əməliyyatlar olacağı təqdirdə ölkəmizə qarşı yönələ biləcək digər təhlükələr baxımından. Onu deyim ki, İran rejimi hazırda öz hayındadır- ondan o qədər təhlükə gözlənilmir.  Və hesab edirəm ki, İran ərazisində fəaliyyət göstərən separatçı-terrorçu qruplar, xüsusən də “PKK”-nın qolu olan “PJAK” da oradakı azərbaycanlılara qarşı elə bir ciddi təhlükə yarada bilməzlər. Çünki soydaşlarımızın həm dövlət, həm də ordu içərisində, eyni zamanda hüquq-mühafizə orqanlarında mövqeləri güclüdür və özlərini müdafiə etmək iqtidarındadırlar”.
 
AMİP-in fəxri lideri Etibar Məmmədov bu fikirləri Moderator.az-a açıqlamasında “İrana ABŞ və İsrailin yeni genişmiyqaslı hücumu başlayacağı və belə bir xaotik situasiyada rejimin özünün və yaxud oradakı separatçı-terrorçu qruplaşmaların güneyli soydaşlarımızın həyatına real təhlükə yaradacağı təqdirdə Azərbaycan və Türkiyə hansı tədbirləri görmək iqtidarındadır?” sualını cavablandırarkən söyləyib.
 
“Eyni zamanda “PJAK” kimi terrorçu qurumlara qarşı Türkiyənin müvafiq orqanları da lazımi plan və tədbirləri həyata keçirirlər. Ancaq Azərbaycanın müvafiq orqanlarının Güney Azərbaycandakı soydaşlarımızla bağlı hansı planlarının olması barədə məlumatım yoxdur”,  -deyə davamında həmsöhbətimiz əlavə edib.
 
Bəzi şərhçilər Cənubi Azərbaycandakı soydaşlarımızın həyatına ciddi təhlükə yaranacağı halda Azərbaycan və Türkiyənin əraziyə birgə qoşun yeritməsinin mümkünlüyünü də ifadə edirlər” fikrinə isə siyasətçi belə münasibət bildirib:
 
“Bilirsiz, bəziləri xəyallarında, könüllərində olanları reallıq kimi görmək istəyir. Amma bilmək lazımdır ki, İran ərazisinə ordu yeritmək o qədər də sadə məsələ deyil...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər