İlham Əliyev sadəcə sülh arzulamır, həm də sülh yaratmaq üçün əzm sərgiləyir...
Ekskluziv
180
11:30, Bu gün

İlham Əliyev sadəcə sülh arzulamır, həm də sülh yaratmaq üçün əzm sərgiləyir...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş əsnasında Azərbaycanla İran arasında mövcud olan tarixi dostluq və mehriban qonşuluq siyasətinə diqqət çəkən dövlət başçısı, ölkəmizin İranla bağlı yaranan vəziyyətdən narahatlıq keçirdiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Əziz Nəsirzadəyə bildirib ki, Azərbaycan İranla bağlı yararnan gərinliyin aradan qaldırılmasına dəstək verməyə hazırdır.

Sözü ilə əməli bir olan Lider...

Prezident İlham Əliyevin istər İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü və telefon danışıqları zamanı səsləndirdiyi fikirlər, istər İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşündə ortaya qoyduğu mövqe, istərsə də İsrail və ABŞ-ın İrana hücumu zamanı səsləndirdiyi bəyanatları sübut edir ki, Azərbaycan Prezidenti sözü ilə əməli tam mənada üst-üstə düşən nadir liderlərdəndir. İlham Əliyevin İrana münasibətdə yürütdüyü siyasət sübut edir ki, Azərbaycan kənar güclərin qonşularına qarşı təzyiq və təhdid siyasətində nəinki heç vaxt yer almayıb, həm də belə bir iştirakı həm siyasi-hüquqi, həm də əxlaqi-mənəvi baxımdan tamamilə yolverilməz hesab edir. Buna görə də, heç bir dövlət Azərbaycan ərazisindən İrana və ya digər qonşu ölkələrə qarşı hər hansı formada istifadə edə bilməyib və bundan sonra da istifadə edə bilməyəcək.

İlham Əliyev sübut etdi ki, o, heç bir xalqın taleyinə biganə deyil, xüsusilə də qonşularının...

Prezident İlham Əliyevin qonşu İranla bağlı atdığı addımlar, verdiyi açıqlamalar və təklif etdiyi köməkliklər Azərbaycan Respublikasının Prezidenti ilə bağlı maraqlı və bir o qədər də qürurverici həqiqətə diqqət çəkir. Bu həqiqət sadə və bir o qədər də əzəmətlidir: İlham Əliyev sadəcə sülh arzulamır, həm də sülh yaratmaq üçün əzm sərgiləyir. Onun həm İran Prezidenti Məsud Pezeşkian, həm də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşündə qonşu dövlətə öz köməkliyini təklif etməsi, İranla anti-İran qüvvələri arasında vasitəçiliyə hazır olduğunu dilə gətirməsi Azərbaycanın dövlət başçısının regional və qlobal sülh üçün hər cür fədakarlığa hazır olduğunu göstərir. Bu fakt həm də Azərbaycanın öz qonşusuna olan real münasibətini əks etdirir. Məlum fakt sübut edir ki, Azərbaycan bir çox ölkələr kimi İran ətrafında yaranan gərginliyi sadəcə seyr etmək niyyətindən uzaqdır və İranı bu mürəkkəb vəziyyətdən çıxarmaq, onu müharibənin ağrı-acısından hifz etmək, iri güclərin hədəfi olmaqdan xilas etmək üçün öz siyasi-diplomatik gücündən istifadə etməyə hazırdır.

Unutmaq olmaz ki, Azərbaycan bugünə qədər beynəlxalq miqyasda sülh və təhlükəsizliyin inkişafına böyük töhfələr verib və ona müraciət ediləcəyi təqdirdə İranla bağlı yaranan gərginliyin ortadan qalxmasına, tərəflərin bütün problemləri masa arxasında həll etməsinə də ciddi dəstək verəcəyi şübhəsizdir.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər