Keçmiş nazir müavini öz hamam vannasında boğuldu...
Ekskluziv
402
07:53, Bu gün

Keçmiş nazir müavini öz hamam vannasında boğuldu...

Rusiyanın keçmiş ədliyyə nazirinin müavini Sergey Tropin çox güman ki, öz hamam vannasında boğulub. O, Moskvadakı mənzilində cansız tapılıb.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Rusiyanın "112" Telegram kanalının 6 fevralda yaydığı məlumata görə, keçmiş nazir müavini Moskvanın Presnenski rayonundakı mənzilində vannada boğulduğunu bildirib. Rusiyanın təbliğat xəbər agentliyi - "RİA Novosti" də mənbələrə istinadla Tropinin cəsədinin Rusiya paytaxtının mərkəzində tapıldığını bildirir.
 
Agentliyin təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, "Sergey Tropin 3-cü Krasnoqvardeyskaya küçəsindəki mənzildə ölü tapılıb".
 
Mənbənin sözlərinə görə, ölüm "cinayət xarakteri daşımır".
 
Xəbər dərc olunduğu vaxt Tropinin ölümünün dəqiq səbəbi açıqlanmayıb və Rusiya Federasiyasının İstintaq Komitəsi və Ədliyyə Nazirliyi hadisə ilə bağlı heç bir şərh verməyib.
 
Sergey Tropin 1996-cı ilin fevralından 1997-ci ilin martına qədər Rusiya Federasiyasının ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.
 
Xatırladılır ki, 6 fevralda Rusiya mediası Moskvada Baş Kəşfiyyat İdarəsinin generalı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi barədə məlumat yayıb. O, hələ də xəstəxanada ağır vəziyyətdədir və süni tənəffüs aparatında nəfəs alır.
 
Yanvarın əvvəlində Rusiyada Ukraynaya qarşı müharibədə Rusiya ordusuna kömək edən oliqarxları daşıyan vertolyot qəzaya uğrayıb. Onların arasında "Tattranscom" nəqliyyat şirkətinə rəhbərlik edən milyonçu İlyas Gimadutdinov da olub.
Link kopyalandı!
Son xəbərlər