“Azərbaycanın İran məsələsində vasitəçiliyi konkret nəticələr verə bilər”
Ekskluziv
186
18:03, Bu gün

“Azərbaycanın İran məsələsində vasitəçiliyi konkret nəticələr verə bilər”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev görüş zamanı bir daha ölkəmizin İranla bağlı yaranmış vəziyyətdən narahatlıq keçirdiyini və Azərbaycanın mövcud gərginliyi ortadan qaldrmaq üçün öz dəstəyini göstərməyə hazır olduğunu bildirib.

Maraqlıdır, İranla bağlı məsələdə vasitəçilik missiyası Azərbaycana həvalə edilərsə, ölkəmiz bu missiyanın öhdəsindən uğurla gələ bilərmi?

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Azərbaycan İranın qonşuluğunda yerləşən yeganə ölkədir ki, İsraillə sıx münasibətə malikdir. Bir məqamı unutmaq olmaz ki, dialoq təkcə ABŞ-la yox, eyni zamanda dolayısı ilə İsraillə də aparılır. Bu məsələdə Azərbaycanın vasitəçilik imkanı daha çoxdur. İran da bunu başa düşür. Bu gün İran çıxılmaz vəziyyətdədir. Belə bir vəziyyətdə istənilən köməklik İran üçün böyük dəstək deməkdir.

Azərbaycan İranın həsassiyyətini, onun mövqe və maraqlarını da yaxşı anlaır. Odur ki, bunu qarşı tərəflərə də aşılaya bilər. Bu baxımdan, Azərbaycanın İran məsələsində vasitəçiliyi konkret nəticələr verə bilər.

Hesab edirəm ki, Azərbaycan bu missiyanın öhdəsindən uğurla gəlməyə qadirdir”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər