“Dünyasını dəyişən insanların adını uşaqlara qoyduqda onlardan üzr istəmək lazımdır” - ÖZƏL
Ekskluziv
238
15:50, Bu gün

“Dünyasını dəyişən insanların adını uşaqlara qoyduqda onlardan üzr istəmək lazımdır” - ÖZƏL

“Dünyasını dəyişən insanların adlarının yeni doğulan uşaqlara qoyulmasının əleyhinəyəm. Həmin insanın yükünü sanki yeni doğulan körpə daşımaq məcburiyyətində qalır. Hətta psixologiyada oxumuşdum ki, dünyasını dəyişən insanların adını uşaqlara qoyduqda onlardan üzr istəmək lazımdır. Əksər hallarda baba və nənələrin adı qoyulur. Son zamanlar hansısa gənc də dünyasını dəyişəndə onun adını yeni doğulan uşağa qoyurlar. Həmin uşaq da onun yarım qalan ömrünü yaşamaq məcburiyyətində olur. Çox zaman da müşahidə etsək görərik ki, elə adamların taleyi bir o qədər də uğurlu olmur”.
 
Bunu Moderator.az-a açıqlamasında folklorşünas İlhamə Qəsəbova deyib.
 
O daha sonra əlavə edib:
 
“Uşağa ad qoyanda onun həm mənasını, həm də milli mənsubiyyətini düşünmək lazımdır. Bu gün verilən adlar çox bayağıdır. Hətta Azərbaycanın milli mənəvi dəyərlərinə xas olmayan, kimliyimizə aid olmayan adlardır. Mən 28 ildir auditoriyadayam. O tələbələrə verilən adları da görürəm. O adların tələbələrdə özünü doğruldub doğruldmayacağını da müşahidə edirəm. Təbii ki, bizim ən dərin biliklərimiz apardığımız müşahidələrdən doğur. “Kitabi Dədə Qorqud” dastanında Banu, Selcan, qəhrəman Həcər adımız var. Ad mübarizlik, igidlikdir. Ad qoyulanda onun mənasını müşahidə edib, sonra uşağa qoymaq lazımdır”, - deyə folklorşünas İlhamə Qəsəbova bildirib.
Link kopyalandı!
Son xəbərlər