Amerikadan İrəvana böyük bir nümayəndə heyəti gəldi...-SƏBƏB?
Ekskluziv
394
08:26, Bu gün

Amerikadan İrəvana böyük bir nümayəndə heyəti gəldi...-SƏBƏB?

“Bizdə olan məlumata görə, bir neçə gün əvvəl ABŞ-dan böyük bir nümayəndə heyəti, ehtimal ki, vitse-prezident Vensin səfərinə hazırlaşmaq üçün Ermənistana gəlib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb.
 
Məlumata görə, amerikalılara  "Armenia Marriott" otelində bütöv bir mərtəbə ayrılıb - onlarla otaqda mebeldən yalnız masalar və stullar qalıb, qalanları isə çıxarılıb.
"Otel işçilərinin həmin mərtəbədə olması qadağandır. Nümayəndə heyətinin üzvləri otelin başqa bir hissəsində gecələyəcəklər. Onlar 2 həftədir gəliblər. Xatırladaq ki, Vens fevralın 9-da gələcək və ertəsi gün Bakıya yola düşəcək", - xəbərdə belə deyilir.
Link kopyalandı!
Son xəbərlər