Ağ Ev bu ölkə hökumətinin son günlərini yaşadığını bəyan etdi...
Ekskluziv
418
07:37, Bu gün

Ağ Ev bu ölkə hökumətinin son günlərini yaşadığını bəyan etdi...

Ağ Evin mətbuat katibi Kerolayn Livit Kuba hökumətinə, xüsusən ABŞ-la  bağlı verdiyi açıqlamalarda daha müdrik olmağı tövsiyə edib.
 
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, ABŞ rəsmisi bu açıqlamanı mətbuat konfransında edib.
 
Livit Kuba lideri Migel Dias-Kanelin ölkəsinin təzyiq və ya ilkin şərtlər olmadan, bərabər əsasda və suverenliyə hörmətlə Vaşinqtonla dialoqa hazır olduğu barədə açıqlamasını şərh edərkən deyib:
 
"Düşünürəm ki, Kuba hökumətinin son günlərini yaşadığını və ölkəsinin iflas üzrə olduğunu nəzərə alsaq, onlar Prezidentin və ABŞ-ın ünvanına verdikləri açıqlamalarda daha müdrik olmalıdırlar. Amma, bir daha təkrarladığım kimi, Prezident həmişə diplomatiyaya açıqdır və inanıram ki, Kuba hökuməti ilə danışıqlar artıq başlayıb", - Livit qeyd edib.
Link kopyalandı!
Son xəbərlər