“Uşaq qatillərinin məhkəmə qarşısna çıxarılması qanunun və ədalətin təntənəsidir”
Ekskluziv
272
19:40, Bu gün

“Uşaq qatillərinin məhkəmə qarşısna çıxarılması qanunun və ədalətin təntənəsidir”

17 yanvar 2025-ci il tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi 5 fevral 2026-cı ildə başa çatıb.

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il, Arkadi Qukasyan 20 il, David Babayan, Arayik Harutyunyan, Davit İşxanyan və bir neçə nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə baş verənləri ədalətin təntənəsi kimi dəyərləndirib:

“Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən, günahsız insanları qətlə yetirən, onlara amansız işgəncələr verən uşaq qatillərinin məhkəmə qarşısına çıxarılması, əməllərinə uyğun şəkildə cəzalandırılması qanunun və ədalətin təntənəsidir. Bu fakt bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti xalqa verdiyi vədə sadiqdir və erməni cinayətkarlarını cəzasız qoymadı. Onların tutularaq qanun qarşısna çxıarılmasını təmin etdi.

Bir ildən çoxdur ki, davam edən məhkəmə prosesində ittiham olunan şəxslərin cinayətləri yüzlərlə şahid ifadəsi, fakt və sübutlarla tam şəkildə isbatlandı.

Məhkəmədə müttəhimlərin özləri də xalqımıza qarşı törətdikləri cinayətləri etiraf etdilər. Ermənilərin özlərinin etirafları da göstərdi ki, xalqımıza qarşı bir-birindən dəhşətli cnayətlərə, qanlı əməllərə yol verilib.

Mən keçirilən məhkəmə prosesini və verilən qərarları alqışlayıram. Hesab edirəm ki, bu məhkəmə prosesi xalqımıza qarşı məkirli niyyətlər bəsləyən digərləri üçün də örnək olmalı, onlar da baş verənlərədn lazımi nəticə çıxarmalıdırlar. Hər kəs başa düşməlidir ki, Azərbaycan xalqına qarşı yol verdiyi və ya yol verəcəyi cinayətə görə gec və ya tez hökmən cavab verəcək, etdiyi əməlin cəzasını mütləq şəkildə çəkəcək”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər